2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları bir il də uzadır


Avropa İttifaqı Rusiya üzərinə Ukraynanın Krım yarımadasını ilhaq etdiyinə görə qoyulmuş sanksiyaların müddətini daha bir il də uzadıb.

Avropa Şurasının iyunun 18-də verdiyi bəyanatda deyilir ki, Avropa İttifaqı üzvləri Krımın və Sevastopolun qanunsuz ilhaqına görə Rusiya Federasiyası üzərinə qoyulmuş sanksiyaların 23 iyun 2021-ci ilədək uzadılmasına dair qərar qəbul ediblər.

Rusiya üzərinə Avropa sanksiyaları 2014-cü ilin martında, Rusiya yarımadaya qoşun göndərməklə onu işğal edəndən və burada bölgənin Ukrayanadan ayrılmasına dair referendum keçirəndən dərhal sonra qoyulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu referendumu 100-dən artıq ölkə qanunsuz hesab edir.

Sanskiyalar mənşəyi Krım olan mal və məhsulların Avropa İttifaqı ərazisinə idxalını və bu bölgəyə investisiya qoyulmasını qadağan edir.

Sanksiyalara görə Krımın turizm xidmətlərindən istifadə edilməsi də qadağan olunub.

 

Rusiya sanksiyalara “öyrəşdiyini” deyir

Bundan başqa sanksiyalar Krımın nəqliyyat, telekommunikasiya və enerji sektorlarında istifadə üçün nəzərdə tutulmuş texnologiyaların və başqa malların ixracını qadağan edir.

Avropa İttifaqı Moskvanın üzərinə ayrıca olaraq Rusiyanın Ukraynanın şərqində separatçıları dəstəklədiyinə görə də sanksiyalar elan edib.

Bu sanksiyaların müddəti iyulun 31-də başa çatmalıdır.

Reuters agentliyi diplomatik mənbə və rəsmilərə istinadən bildirir ki, Avropa İttifaqının 27 üzvünün iyunun 19-da bu sanksiyaların da müddətinin gələn ilin yanvar ayının sonunadək uzadılmasını dəstəkləyəcəyi gözlənilir.

Moskvada Rusiya Xarici İşlər Nazirliyinin Avropa ilə Əməkdaşlıq departamentinin rəhbəri Nikolai Kobrinets Interfax agentliyinə deyib ki, “sanksiyalar altında həyat ağırdır və onlar bizim iqtisadiyyatımıza böyük ziyan vurur, lakin biz vəziyyətə uyğunlaşırıq”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button