2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa İttifaqı Şurasının sədri vəzifəsini vaxtından əvvəl tərk edəcək – Mişel bu seçkilərə qatılır

[

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərdə namizəd kimi iştirak edəcək və buna görə də vəzifəsini vaxtından əvvəl tərk edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ş.Mişel Belçika qəzetlərinə müsahibəsində açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Mən 2024-cü ildə keçiriləcək Avropa seçkilərində iştirak etmək qərarına gəldim. Əgər seçilsəm, yerimi tutacağam. Avropa Şurası iyunun sonu, iyulun əvvəlinə qədər qərar verib varisin adını verə bilər”, – Mişel deyib.

Onun sözlərinə görə, seçki kampaniyası onun hazırkı vəzifəsinə təsir etməməlidir.

Mişel qeyd edib ki, 2024-cü il təkcə Avropada deyil, bütün dünyada çox mühüm seçki ilidir.

“İlk növbədə, Avropa layihəsi yol ayrıcındadır və Avropa demokratiyasının legitimliyinin gücləndirilməsinə ehtiyac var. Mən Avropa layihəsini quran komandanın bir hissəsi olmaq istəyirəm və ona xidmət etməyə davam edirəm”, – deyə o vurğulayıb.

Belçikanın keçmiş baş naziri Mişel sağ mərkəzçi İslahat Hərəkatı partiyasından namizəd olacaq.

O, 2019-cu ilin sonundan Avropa Şurasına rəhbərlik edir. Mişel noyabrın sonuna qədər vəzifəsində qala bilərdi.

Bundan əvvəl Mişel Rusiyanın Ukraynaya kütləvi raket hücumuna cavab olaraq bildirmişdi ki, Rusiyanın hərəkətləri Moskvanın istənilən sülh danışıqlarına maraq göstərmədiyini göstərir.

Bundan əvvəl o, fevralın 1-də Ukraynaya 50 milyard avro dəyərində ortamüddətli yardım proqramı məsələsinə həsr olunmuş fövqəladə sammiti elan edib.

Qeyd edək ki, Şarl Mişel 2019-cu ildən Avropa İttifaqı Şurasına rəhbərlik edir. Bundan əvvəl isə Belçikanın Baş naziri olub. Onun Aİ Şurasının Prezidenti olaraq səlahiyyət müddəti cari ilin noyabrında başa çatır. Avropa parlamentinə seçkilər isə iyunun 6-dan 9-na qədər keçiriləcək.

 

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button