2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Tofiq Yaqublunun qızı ilə görüşüb

Bakı/05.01.24/Turan: Yanvarın 4-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi ilə görüşüb.

Nizag Həzi facebook səhifəsində yazıb: “Tofiq Yaqublu və digər siyasi məhbuslar barədə geniş söhbət etdik. Çox yaxşı görüş keçdi”.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Son günlərdə ölkədə 8 jurnalist həbs edilib.-03-

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button