2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Avropa kişilərinin yarısı bir qədim kişinin törəməsidir

Qərbi Avropa kişilərinin yarısı tunc dövründə yaşamış bir kişinin törəməsidir.

Həmin şəxs çox güman ki, qəbilə başçısı olub və onun nəsli Avropaya yayılaraq aristokratiyanın əsasını qoyub.

Bu nəticəyə alimlərin beynəlxalq qrupu gəlib. Araşdırma isə Nature Genetics jurnalında dərc olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Alimlər “1000 genom” layihəsi çərçivəsində 26 ölkədən olan 1200 kişidə Y-xromosomların fərqini araşdırıblar. Bu xromosom yalnız kişi xətti ilə keçir- atadan oğula.

3 QƏDİM KİŞİ

Bundan bir az əvvəl – 2015-ci ildə genetiklər digər maraqlı faktı aşkar etmişdilər. Məlum olmuşdu ki, avropalı kişilərin əksəriyyəti 3 qədim kişinin nəslidir.

Eyni Y-хромосом araşdırmasının digər regionda- Asiyadakı nəticələri bir il əvvəl dərc olunmuşdu. Asiyanın 127 regionundan5321 kişinin Y-xromosomlarının tədqiqi göstərdi ki, araşdırılan kişilərin 37,5 faizi cəmi 11 qədim kişinin nəslidir.

ÇİNGİZXAN

Hələ 2003-cü ildə britaniyalı genetik Chris Tyler-Smith müəyyən etmişdi ki,dünya tarixində ən çox nəsli olan kişi Çingizxandır. Tyler-Smithin hesablamasına görə, hazırda dünyadakı kişilərin 0,5 faizinin əcdadı Çingizxandır. Bu isə 16 milyon kişi deməkdir.

Genetiklərin son araşdırmaları Tyler-Smithin gəldiyi nəticələri təsdiq edir.

AZƏRBAYCAN: ÇİNGİZ NƏSLİ?

Dünyadakı orta göstəricini Azərbaycan əhalisinə tətbiq edəndə isə maraqlı nəticə alınır. Azərbaycanda təxminən 5 milyon kişi var. Tyler-Smithin hesablamasına görə, bu 5 milyon kişinin 0,5 faizinin, yəni 25 mininin ulu babası  Çingizxandır.

Azadlıq Radiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button