2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa məhkəməsi Azərbaycan hökumətini 24 min avro cərimə edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 22-də Azərbaycandan göndərilmiş 4 şikayət ilə bağlı qərarını elan edib.

“Rasim İsaqov və başqa 3 ərizəçi Azərbaycana qarşı” işində ərizəçilər Rasim İsaqov, Əli Abdullayev, Mübariz Abdulkərimov, Rauf Abdurəhmanlı əsasən, azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarına müdaxilələrin qanunsuzluğundan, habelə, ədalətli məhkəmə araşdırmasının aparılmamasından şikayət edib.  Ərizəçilərdən Əli Abdullayev, Mübariz Abdulkərimov və Rauf Abdurəhmanlı həmçinin, Konvensiyanın 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusunu mübahisələndirib.

Ərizəçilərdən İsaqovun şikayəti vərəqələr yayması səbəbindən onun saxlanılması və inzibati qaydada məhkum edilməsi ilə bağlı idi. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan ərizəçi 22 dekabr 2014-cü ildə saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 39.1-ci (seçkiqabağı və ya referendum üzrə təşviqatın aparılması qaydalarını pozma), 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisin qanuni tələbinə tabe olmamaq) maddələrinə əsasən beş sutkalıq inzibati həbs cəzasına məhkum edilib. Rəsmi bilgilərdə göstərilir ki, ərizəçi bələdiyyə seçkilərinə bir gün qalmış “Hara gedirik?” yazılmış vərəqələr paylayıb, o, polis əməkdaşlarının vərəqələrin paylanmasını dayandırması tələbinə tabe olmayıb, xüsusi olaraq, kimlərəsə xitab etmədən, ucadan ünvansız söyüş söyməyə başlayıb. Ərizəçi daxili məhkəmələr qarşısında iddia edib ki, onun payladığı vərəqlərdə seçkiqabağı təşviqatla bağlı heç bir məzmun olmayıb, söyüş söyməyib, polisə tabe olmamaq istiqamətində hər hansı hərəkət etməyib. Ancaq yerli məhkəmələr onun arqumentlərini nəzərə almayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ərizələrin kommunikasiyası zamanı hökumət AİHM-yə təktərəfli bəyannamə təqdim edib. Hökumət ərizəçilərin Konvensiyanın 5 (Azadlıq və toxunulmazlıq hüququ), 6 (Ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (Fikri ifadə etmək azadlığı) maddələri üzrə qaldırdıqları pozuntuları etiraf edib, bu pozuntuları təzminat ödəməklə kompensasiya etməyi təklif edib. Məhkəmə hökumətin bəyannaməsini qəbul edib.

AİHM-nin qərardadına görə, hökumət 3 ay ərzində ərizəçilərdən İsaqova 5800 avro, digər ərizəçilərin hər birinə 6000 avro təzminat ödəməlidir. Bundan əlavə, ərizəçilərin hüquqi təmsilçisinə ümumilikdə 2 min avro ödənilməlidir.

Ərizəçiləri AİHM-də hüquqşunas Xalid Bağırov təmsil edib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button