2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa Məhkəməsi daha 9 işlə bağlı qərar verəcək

“Avropa Məhkəməsi aprelin 6-da qanunsuz həbslərlə bağlı hüquqlarını müdafiə etdiyim 9 nəfərin işi üzrə qərarları elan edəcək”. Bunu Facebook profilində tanınmış vəkil Əsabəli Mustafayev yazıb.
Haqqında qərar çıxarılacaq şəxslər aşağıdakılardır:
1.Orxan Əyyubzadə, 1 cinayət işi, 1 inzibati həbs
2. Kəmalə Xəlilova
3.Tural Sadıxlı
4.Cavid Hacıbəyli
5.Vüsal Bayramov
6.Osman Əhmədov
7.Tuncay Quliyev
8.Səxavət Mehdiyev
9. Azər Sadıxov
“Eyni zamanda bilirəm ki, qərarları çıxmış bəzi ərizəçilər kompensasiyaların ödənilməməsindən narahatdılar. Birincisi, məncə, əsas məsələ işin udulmasıdır. İkincisi, hökümət onsuz da bu kompensasiyaları ödəməyə məcbur olacaq, özü də faizlə. Üçüncüsü, tənqidi mövqedə olan şəxslərin indiyə qədər hökümətə ancaq borcları olub: qaz üçün, işıq üçün, su üçün, vergi, kredit ödənişləri və sair. İlk dəfədir ki, hökümətin sizlərə borcu var və siz höküməti faizə otuzdurmusunuz. Hökümət bu kompensasiyaların ödənilməsini gecikdirməklə həm də beynəlxalq aləmdə öz imicinə çox ciddi zərbə vurur. Bu zədəni milyonlarla manata başa gələn müxtəlif idman və ya konsert şouları ilə bərpa etmək mümkün olmayacaq. Məmurlar bunu gec-tez başa düşəcəklər”- deyə vəkil sonda vurğulayıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button