2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Avropa Məhkəməsi iki ərizə ilə bağlı qərarlarını elan edib

Vəkil Aslan İsmayılovun da şikayətinə baxılıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha iki ərizə ilə bağlı qərarlarını elan edib. Hər iki ərizə rədd edilib.
Məhəmməd Məmmədov Azərbaycana qarşı” məhkəmə işi ərizəçinin idxal etdiyi avtomobilə gömrük rüsumlarının məbləğinin hesablanması ilə bağlı olub.

İşin faktlarına görə, sözügedən avtomobilin gömrük dəyərinin müəyyən edilməsi zamanı, gömrük orqanları heç bir izahat vermədən avtomobilin faktiki gömrük dəyərinə (5000 ABŞ dolları) yox, oxşar avtomobillərin kataloq qiymətinə (12 000 ABŞ dolları) əsaslanıblar.

Saytların yığılması Saytlarin yigilmasi

“Gömrük tarifləri haqqında” Qanunun 12.2-ci maddəsində isə göstərilib ki, kataloq qiyməti əsasında dəyərin müəyyən edilməsi metodundan yalnız faktiki alış qiyməti əsasında gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda istifadə oluna bilərdi. Nəticədə ərizəçi 4165,35 Azərbaycan manatı məbləğində gömrük rüsumunu ödəməli olub. Ərizəçi iddia edib ki, bu məbləğ onun faktiki ödəməli olduğundan 1091,45 manat çox olub. Ərizəçi AİHM qarşısında mülkiyyət hüququna müdaxilənin baş verdiyini iddia edib.

Ərizəyə baxılarkən hökumət ərizəçinin daxili müdafiə vasitələrini tükəndirmədiyini iddia etsə də, məhkəmə etirazı qəbul etməyib. Məhkəmə hökumətin ərizəçinin əhəmiyyətli zərərə məruz qalmaması barədə arqumentlərini də araşdırmağa lüzum görməyib.

Məhkəməyə görə ərizəçinin avtomobilinin vergiyə cəlb edilməsi onun mülkiyyət hüququna müdaxilədir, lakin bu müdaxilənin daxili qanunvericilikdə əsası var.

Beləliklə, məhkəmə hesab edib ki, yerli hakimiyyət orqanlarının qərarları ümumi maraqlara, yəni qanunvericiliklə nəzərdə tutulduğu kimi vergilərin və ya digər ödənişlərin ödənilməsini təmin etmək məqsədi güdüb:

“Aydınlaşdırılmalı olan sual ondan ibarətdir ki, ərizəçiyə konkret şəraitdə vergi qanununun tətbiqi onun üzərinə əsassız yük qoyubmu və ya onun maliyyə vəziyyətini əsaslı şəkildə pozubmu və bununla da müxtəlif maraqlar arasında ədalətli tarazlıq təmin olunubmu?”.

Hazırkı işdə ərizəçi gömrükçülərin avtomobilin gömrük dəyərini müəyyən etmək üçün yanlış üsuldan istifadə etdiyini, nəticədə ondan artıq ƏDV tutulduğunu, hökumət isə bunun qarşılığında gömrük orqanlarının idxal olunan malların gömrük dəyərini müstəqil şəkildə yoxlamaq və müəyyən etmək səlahiyyətinə malik olduğunu bildirib:

“Məhkəmə bir daha qeyd edir ki, daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə milli hakimiyyət orqanlarının, xüsusən də məhkəmələrin üzərinə düşür. Məhkəmə işin materiallarını araşdıraraq, daxili məhkəmələrin bu işdə gəldiyi nəticəni şübhə altına almaq üçün heç bir əsas görmür. Bundan əlavə, məhkəmənin əlində yüksək məbləğdə ƏDV-nin tutulmasının ərizəçinin maddi vəziyyətini əsaslı şəkildə sarsıtdığını göstərən nəsə yoxdur. Ərizəçi bunu hər hansı instansiyada iddia etməyib”.

Aslan İsmayılov
Foto: Meydan TV

Qeyd edilənləri və vergitutma məsələlərində dövlətlərin geniş qiymətləndirmə sərbəstliyini nəzərə alan AİHM ərizədə qaldırılan iddiaların rədd edilməsinə qərar verib.
“Aslan İsmayılov Azərbaycana qarşı”, – məhkəmə işi ərizəçinin polis tərəfindən pis rəftara məruz qalması və onun ifadə azadlığına müdaxilə edilməsi iddiaları ilə bağlı olub. Vəkil olan ərizəçi müvəkkillərindən birinin pis rəftara məruz qalması barədə ictimai çıxış edib və bunda günahkar olan polis məmurlarını istefa verməyə çağırıb. Ardınca Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunan ərizəçi orada döyüldüyünü və hədələndiyini iddia edib.

Ərizəçinin prokurorluğa şikayəti rədd edilib – cinayət təqibi başlanılmasından imtina olunması haqda qərar qəbul olunub. Həmin qərardan verilən şikayətlər təmin edilməyib.
Ərizəçi AİHM qarşısında Konvensiyanın 3-cü, 10-cu və 14-cü maddələrinin pozuntusuna məruz qaldığını iddia edib.

Ərizəçinin pis rəftara məruz qalması iddiaları ilə bağlı AİHM qeyd edib ki, ərizəçi həbs edilməyib, saxlanılmayıb, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tanıdığı məmurun dəvəti ilə gedib, oranı qısa müddət sonra tərk edib. Sonrakı mərhələlərdə milli qurumlar qarşısında pis rəftarla bağlı iddialarını mübahisələndirməyib. Digər tərəfdən, iddia edilən hadisələrdən sonra vaxtında tibbi arayış almamasının səbəbini məhkəməyə izah etməyib.

Qeyd edilənlərin və digər xüsusatların işığında məhkəmə hesab edib ki, ərizəçinin müdafiə oluna biləcək iddia irəli sürdüyünü və ya etibarlı iddia ilə çıxış etdiyini söyləmək mümkün deyil, bu səbəbdən onun pis rəftarla bağlı iddiaları rədd edilməlidir.

İfadə azadlığı hüququnun pozuntusu ilə bağlı iddiaya gəlincə, AİHM vurğulayıb ki, ərizəçi böhtan və ya başqa hərəkətlərə görə təqib edilmədiyindən, həm də məhkəməyə qədər ifadə azadlığı hüququnun pozuntusunu mübahisə etmədiyindən bu iddia da rədd edilməlidir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button