2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünyaİqtisadiyyat

Avropa Mərkəzi Bankı faizləri sabit saxlayıb

Avropa Mərkəzi Bankı (ECB) bu gün keçirdiyi 2016-cı ilin son iclasında uçot dərəcəsi və depozit faizlərini dəyişdirməyib.

“Report” xəbər verir ki, bununla da uçot dərəcəsi 0%, depozitlər üzrə faiz dərəcəsi isə -0,4% səviyyəsində saxlanılıb.

Həmçinin, Bank marjinal kreditləşmə faizinə də toxunmayaraq 0,25%-də təsdiq edib. Bununla yanaşı, monetar stimullaşdırma proqramı çərçivəsində aylıq istiqraz alışının 80 mlrd. avro səviyyəsində 2017-ci ilin martına qədər, yəni cari proqram bitənə qədər dəyişdirməmək qərarı alınıb. 2017-ci ilin aprel ayından dekabra qədər isə bu əməliyyatlara əlavə 60 mlrd. avro ayrılacaq. ECB zəruri olduğu təqdirdə proqramın həcmini və müddətini daha da artıra biləcəyini vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un analitik qrupu bildirir ki, ECB-nin bu qərarı gözlənilən olub, amma proqramla bağlı gələcək fikirləri qeyri-müəyyən qalaraq maliyyə bazarlarında kəskin hərəkətlərin qarşısı alınıb. Nəticədə, USD/EUR məzənnəsi 1,08 səviyyəsinə kimi yüksəldikdən sonra 1,0750-yə kimi geriləyib. Maliyyə bazarları artıq fikirlərini gələn həftə, dekabrın 13-14-də keçiriləcək ABŞ Federal Ehtiyat Sisteminin (FES) iclasına yönəldib.

“Analitik qrup olaraq dolların FES iclasına qədər və sonra möhkəmlənərək avro ilə müqayisədə 1,04 USD/EUR səviyyəsinə enəcəyini ehtimal edirik. Növbəti ildə isə məzənnə paritetə düşə bilər”, – deyə analitiklər qeyd ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button