2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Avropa Parlamenti Navalnının qətlində Putini günahlandırır

“Vladimir Putin şəxsən əsas rəqibi Aleksey Navalnının qətlinə görə məsuliyyət daşıyır”

Avropa Parlamenti rusiyalı müxalif siyasətçi Aleksey Navalnının qətli ilə bağlı qətnamə qəbul edib.

Qətnaməni 506 deputat dəstəkləyib, 9 deputat əleyhinə səs verib, daha 32 deputat bitərəf qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sənəddə Navalnının öldürüldüyü, onun qətlinə görə Rusiya hakimiyyətinin və şəxsən Rusiya Prezidenti Vladimir Putinin məsuliyyət daşıdığı bildirilir.

Qətnamədə deyilir: “Rusiya hökuməti və Vladimir Putin şəxsən əsas rəqibi Aleksey Navalnının qətlinə görə cinayət və siyasi məsuliyyət daşıyırlar və belə bir şəraitdə Vladimir Putinin legitimliyi məsələsini gündəmə gətirmək üçün əsaslar var”.

Avropalı parlamentarilərin fikrincə, Navalnının ölümü Rusiyada repressiyaların artmasının və sistematik şəkildə davam etməsinin növbəti əlamətidir.

Parlament həmçinin onun qətli ilə bağlı müstəqil və şəffaf beynəlxalq araşdırmanın aparılmasını, həmçinin Navalnını dinc yolla ehtiramla anan yüzlərlə məhbusun azad edilməsini tələb edir.

Sənəddə Avropa Parlamenti bəyan edib ki, Rusiya xalqı “Kremlin avtokratik və kleptokratik rejimi” ilə qarışdırılmamalıdır.

Qətnamə həmdə Aİ-yə üzv dövlətləri məhbusların, xüsusən də siyasi motivlərlə həbs olunanların azad edilməsi məqsədilə Rusiya ilə danışıqları davam etdirməyə və Ukraynaya siyasi, iqtisadi, maliyyə və hərbi dəstəyi davam etdirməyə çağırır.

2024-cü il fevralın 14-də Aleksey Navalnı Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyanın cəza kamerasına salınıb.

İki gün sonra fevralın 16-da isə Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının həmin koloniyada öldüyünü açıqlayıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Aleksey Navalnının nəşi ailəsinə ölümündən 9 gün sonra – mərhumun yaxınlarının Prezident Vladimir Putinə davamlı videomüraciətləri nəticəsində fevralın 24-də verilib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button