Avropa İttifaqının (Aİ) Baş Prokurorluğu Avropa Parlamenti (AP) ilə bağlı yeni korrupsiya şübhəsi ilə əlaqədar Avropa Parlamentinin iki yunan deputatının toxunulmazlığının ləğvini tələb edib.
AB Baş Prokurorluğundan verilən açıqlamada toxunulmazlığının götürülməsi tələb edilən yunan deputatlardan birinin də Belçikada bir müddətdir davam edən istintaqın diqqət mərkəzində olan Eva Kaili olduğu bildirilib.
Digər yunan deputatın Avropa Xalq Partiyasından (APP) Mariya Spyraki olduğu açıqlanıb.
Aİ-nin Fırıldaqçılıqla Mübarizə İdarəsinin (OLAF) araşdırma hesabatında bildirilir ki, Aİ büdcəsindən sui-istifadə ilə bağlı korrupsiya şübhəsi var.
Qeyd olunub ki, korrupsiya məsələsi parlamentdə çalışan köməkçilərə verilən əməkhaqqı ilə bağlı parlamentin müavinətləri ilə bağlıdır.
Eva Kaili, AP-nin köməkçisi kimi də işləyən ortağı Francesco Giorgi ilə birlikdə keçən həftə Belçikada AP ilə bağlı davam edən korrupsiya istintaqı çərçivəsində saxlanılıb. Eva Kailinin evində yüz minlərlə avro nağd pul ələ keçirilib. Giorginin mətbuata sızdırdığı açıqlamada onun korrupsiya təşkilatında pul dövriyyəsini idarə etdiyini etiraf etdiyi bildirilir.
Kaili və Giorgi ilə yanaşı, AP-nin keçmiş italiyalı deputatı Pier Antonio Panzeri və qanunun aliliyi ilə məşğul olan qeyri-hökumət təşkilatının direktoru Nikolo Figa-Talamanca da bu istintaq çərçivəsində həbsdədir. (AA)
Tərcümə“24 SAAT”