2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa Şurasının jurnalistlər platforması “Toplum” TV işi üzrə sorğuya təşəbbüs göstərib

Avropa Şurasının Jurnalistləri Qoruma Platforması “Toplum” TV işi üzrə Azərbaycan hökumətinə sorğu göndərib. Sorğuya Avropa Jurnalistlər Federasiyası, Beynəlxalq Jurnalistlər Federasiyası və Jurnalistlərə Ədalət Fondu təşəbbüs göstərib.

Sorğuda iyunun 8-dək Azərbaycan hökumətindən cavab gözlənilir. Gözlənilən növbəti tədbirlər siyahısına jurnalistlərin azad edilməsi, ittihamların götürülməsi və “Toplum” TV-nin ofisində aparılan axtarışın izahı aiddir.

Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev sözügedən təşəbbüsü şərh edərkən deyib ki, jurnalistlərin müdafiəsi sahəsində yerli imkanlar son dərəcə məhduddur.

Saytların yığılması Saytlarin yigilmasi

“Bir zamanlar çox fəal olan jurnalist təşkilatları artıq öz fəaliyyətini dayandırıb və ya dağılıb”, – o qeyd edib.

Beynəlxalq strukturların imkanları kifayət qədər genişdir. “Amma onlar da Azərbaycanda jurnalistlərin hüquqlarını getdikcə çox böyük ehtiyatla və xəsisliklə müdafiə edirlər”, – o qeyd edib.

“Təəssüf ki, Azərbaycan çoxsaylı jurnalistlərin həbs edildiyi bir ölkəyə çevrilib. Son aylar bu sahədə xüsisilə mənfi dəyişikliklər nəzərə çarpır”, – Əliyev qeyd edib.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib ki, ölkədə jurnalistlərin hüquqlarını müdafiə edəcək bir qurum qalmayıb.

“Jurnalistlərin hüquqlarının necə qorunması ilə bağlı bütün müddəalar aydındır. Sadəcə, onları müdafiə edəcək kimlər yoxdur”, – o qeyd edib.

O deyib ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, jurnalist bir ciddi peşə deyil, zərərli bir ünsürdür.

Professor Qulu Məhərrəmli təəssüflə bildirib ki, jurnalistlərin təqib edilməsi cəmiyyətdə kifayət qədər reaksiya doğurmur ki, bu da jurnalistikanın qəsdən nüfuzdan salınması ilə bağlıdır.

O həmçinin jurnalistlər arasında peşə həmrəyliyinin azaldığını və jurnalist təşkilatlarının olduqca zəif fəaliyyətini qeyd edib

 

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button