2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Avropada terror riski artır”

Sülhəddin Əkbər: “Bəzi Avropa dövləltərinin yanlış siyasəti də qarşıdurmalara zəmin yaradır”

 

İŞİD üzvünün Stokholmda həyata keçirdiyi terror aktı Avropa və dünya gündəminin ən çox müzakirə etdiyi məsələlərdən birinə çevrilib. Maraqlıdır, proseslər bu məcrada davam edərsə, İŞİD-in Avropadakı fəaliyyəti daha da genişlənə, “köhnə dünya” beynəlxalq terror təşkilatlarının poliqonuna çevrilə bilərmi?
Moderator.az-a açıqlama verən AZDP sədri, politoloq Sülhəddin Əkbər Avropa üçün risklərin artdığını təsdiqlədi:
“İŞİD-ə qarşı dünyada, xüsusilə də İraq və Suriyada mübarizə gücləndikcə, İŞİD ərazi itirdikcə, heç şübhəsiz ki, bu terror təşkilatının sıralarında döyüşənlərin ən azından bir qismi öz ölkələrinə geri qayıdacaq. Suriyada döyüşən İŞİD-in sıralarında çoxlu sayda xaricilər var. Onların bir qismi Avropa ölkələrindən gəlib. Bu baxımdan təbii ki, Avropa üçün risk artacaq.

Saytların yığılması Saytlarin yigilmasi

İkinci tərəfdən, Avropaya yüz minlərlə, milyonlarla miqrant gəlib. Bu axın bu gün də davam edir. Bu axının içərisində də təbii ki, İŞİD-çilərin öz nümayəndələrini ora göndərmək imkanı var.
Üçüncü bir məsələ Avropada islamafobiyanın, millətçiliyin güclənməsidir. Bunlar da sosial-mədəni zəmində qarşıdurma üçün əlverişli zəmin yaradır. Bəzi Avropa dövlətlərinin apardığı yanlış siyasət, Avropada millətçilik və popilist siyasi partiyaların güclənməsi də məlum proseslərə zəmin yaradır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button