SEÇMƏ

Avropada Ukrayna ilə bağlı nə düşünürlər – SORĞU

Avropa İttifaqı ölkələrində yaşayanların üçdə iki hissəsi Rusiyanın təcavüzünə məruz qalmış Ukrayna üçün hərbi texnika alınması və göndərilməsi tədbirlərinin maliyyələşdirilməsinə müsbət yanaşır.

Bunu “Flash Eurobarometer” təşkilatının Avropa İttifaqı ölkələrinin əhalisi arasında keçirdiyi sorğu göstərib.

Ümumilikdə respondentlərin 67%-i Ukraynanın hərbi texnika ilə təchiz olunmasını dəstəkləyib. Sorğuya qatılanların 33%-i prosesə tam dəstəyini ifadə edib, 34%-i isə bu istiqamətdə görülən tədbirləri bəyəndiyini söyləyib.

Ayrı-ayrılıqda ölkələr üzrə götürdükdə nəticələr fərqli olub. Məsələn, finlandiyalıların 90%-i, estoniyalıların 87%-i, polşalıların 86%-i, litvalıların 84%-i, portuqaliyalıların 83%-i Ukraynaya hərbi-texniki yardımı müsbət qarşıladığını bildirib. Kiprdə bu göstərici 31%, Bolqarıstanda 30% təşkil edib.

Sorğunun Rusiya-Ukrayna müharibəsindən zərər çəkmiş ukraynalılara humanitar yardım göstərilməsinə aid hissəsinə gəlincə, ümumilikdə respondentlərin 90%-dən çoxu bu tədbirlərə dəstək verib. Ən yüksək göstərici Malta (99%) ilə Portuqaliyada (98%) qeydə alınıb. Sonrakı yerlərdə Belçika, Bolqarıstan, Macarıstan və Slovakiya gəlib (hər birində 90%).

Rusiyanın təcavüzü nəticəsində qaçqın düşən ukraynalıların Avropa İttifaqı ölkələrində qəbuluna müsbət yanaşanlar Portuqaliyada 96%, Xorvatiya, Finlandiya və Maltada 95%, Çexiya və Slovakiyada 77%, Bolqarıstanda 75% təşkil edib.

İttifaq dövlətlərində ümumən respondentlərin yarıdan çoxu Ukraynaya maliyyə yardımı edilməsinə müsbət baxdığını söyləyib. Ayrı-ayrılıqda götürəndə bu məsələdə də ölkələr üzrə fərqli nəticələr olub. Məsələn, Finlandiya, Malta və Portuqaliyada respondentlərin 92%-i, Bolqarıstanda isə 55%-i Ukraynaya maliyyə yardımı edilməsinə tərəfdar çıxıb.

Macarıstan istisna olmaqla, Avropa İttifaqı ölkələri vətəndaşlarının yarıdan çoxu vurğulayıb ki, Ukrayna hazır olduğu anda ittifaq üzvlüyünə qəbul edilməlidir.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub, ölkənin 603 min 548 kvadrat kilometrlik ərazisinin 44 min 170 kvadrat kilometri işğal altına düşüb.

2022-ci il fevralın 24-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Yeni işğal dalğasında Donetsk, Luqansk, Xarkov, Xerson, Nikolayev, Zaporojye vilayətlərində bir çox ərazi Rusiyanın nəzarətinə keçib. (Novator)

24 saat” “Avropada Ukrayna ilə bağlı nə düşünürlər – SORĞU” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Kabayevanı da nişan aldılar - Sanksiyalar tətbiq edilə bilər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button