2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropalı deputat Muxtarlının Gürcüstana qaytarılmasını tələb edir

Avropa Parlamentinin deputatı Anna Qomeş Əfqan Muxtarlının işinə münasibət bildirib. O qeyd edib ki, məsələyə dair Gürcüstan təhlükəsizlik orqanlarının etibarlılığı kontekstində suallar meydana çıxır.

“Avropa Parlamenti üçün bu, ciddi narahatlıq mövzusudur. Biz məsələyə dair qətnamə hazırlamağa və debatlar keçirməyə başlamışıq. Jurnalist Əfqan Muxtarlı Gürcüstanda oğurlanıb və böyük ehtimalla, bunu gürcü təhlükəsizlik xidməti edib. Tamamilə qanunsuz və qəbuledilməz olan bu hərəkət hökumətin tələbi belə olmayıb, Gürcüstan və ya Azərbaycan vətəndaşının şəxsi təşəbbüsü ilə həyata keçirilib. Bu, Gürcüstanın təhlükəsizlik xidmətinin etibarlılığına dair çoxlu suallar yaradır. Həqiqətdə nə baş verdiyini bilməyin ən yaxşı yolu bu insanın təhlükəsizliyini zəmanət altına almaq və oğruları cəzalandıra bilmək üçün Gürcüstanın Azərbaycandan onun  qaytarılmasını tələb etməsidir”, – Anna Qomeş bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

İlkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button