2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Avropaya gəlmiş qaçqınlar nasist düşərgələrində yaşayırlar” – Təhlil

Mehmet Barlas

Sabah (Türkiyə)

 

Saytların yığılması Saytlarin yigilmasi

Papa Fransisk Avropadakı qaçqınlar üçün düşərgələri nasistlərin “konsentrasiya düşərgələri”nə bənzədib AB-nin Türkiyə və Liviya ilə bağladığı sazişləri pisləməyi prezident Ərdoğanın Avropanın bəzi ölkələrində baş verənlərin nasizmi xatırlatdığı haqda sözlərindən hiddətlənənlərin bostanına atılmış daşdır.

Pontifik qaçqınlaırn Avropaya soxulmasının qabağını almaq üçün AB-nin bağladığı sazişləri tənqid edərək vurğulayıb: “Qaçqınlar üçün düşərgələrin əksəriyyəti konsentrasiya düşərgələridir, çünki beynəlxalq sazişlər insan haqlarından vacib görünür”.

 

Nasizm haqda xatırlatma

 

Katolik dünyasının ruhani liderinin Avropa ölkələrində nasizmi xatırladan qaçqınlar üçün konsentrasiya lagerləri haqda sözlərinə cavab prezident Ərdoğanın sözlərinə qarşı sərgilənən cavab kimi reaksiya doğurmadı. Avropanın təkcə bir təşkilatı hiddət ifadə edərək qeyd etdi: “Konsentrasiya düşərgələri qaçqın düşərgələrindən çox fərqlənir”.

Düyanın acı həqiqətləri bəzən bu cür bəyanatlar sayəsində ictimai rəydə əksini tapır.

 

Qaçqın böhranı

 

Ola bilsin, pontifikin səsləndirdiyi reaksiya üzündən onun pislədiyi rolun yerinə yetirilmədiyini yenidən xatırlayarlar. Məsələn, AB ilə Türkiyə arasında əldə edilmiş sazişə əsasən, Avropa ölkələri Türkiyədə yerləşmiş 72 min suriyalı qaçqını qəbul etməliydi. Lakin indiki anda yalnız 4,6 min qaçqın Avropaya keçə bilib. Bundan başqa, İtaliya və Yunanıstandakı 160 min qaçqının 2017-ci ilin sentyabrına doğru Avropa ölkələrində yerləşdirilməsi haqda AB-nin qərarı var. Amma avropalılar bu günə qədər yalnız 16 min qaçqını qəbul edib.

 

Oh, doğrudan da, bu, Avropadır

 

Maraqlıdır, bəs insan haqlarından lovğalanan avropalılar özlərinə gəlib öz dəyərlərinə qayıda bilərlərmi? Yəqin ki, görübsünüz… Bu yaxınlarda nəşr edilmiş sənədlərə əsasən, Almaniyada Hitler Holokosta başlarkən Avropanın başqa ölkələri şüurlu şəkildə buna göz yumub. Onlar ancaq Hitlerlə vuruşandan sonra bunu diqqətə almağa başladılar.

 

Məgər masqaraya qoyursunuz?

 

Mənim gözəl ölkəm 1492-ci ildə İspaniya inkviziyasından qaçmış yəhudilərə sığınacaq verib, öz universitetlərini Hitlerin əlindən qaçmış yəhudi alimlərinin üzünə açıb. Bəyəm indi miyonlarla suriyalı və iraqlı qaçqınlara ağuş açmamşıqmı? Məgər 1917-1918-ci illərdə bolşevik inqilabından qaçmış yüz minlərə rus qaçqını qəbul etmədikmi?

Və indi belə çıxır ki, AB Türkiyədə demokratiya və insan haqlarının tətbiqini şübhə altına alır. Bunu masqaradan özgə necə adlandırmaq olar?

 

Tərcümə Strateq.az-ındır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button