Bizim tərcümə

Avstraliyada sel sularının hündürlüyü 12 metri keçə bilər

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-16 17:38:08

Avstraliyada güclü yağışlar daşqınlara səbəb olub. Avstraliyanın baş naziri Entoni Albanese Viktoriya ştatında daşqından zərər çəkmiş ərazilərə baş çəkib. Daşqın fəlakətinin təsirlərinin dağıdıcı səviyyəyə çatdığını bildirən Albanese, “Günün sonuna qədər 100-dən çox Avstraliya Müdafiə Qüvvələri (ADF) personalı Viktoriyada olacaq” dedi.

Baş nazir Albanese ilə açıqlama verən Viktoriya əyalətinin baş naziri Daniel Andrews sel səbəbiylə 355 yolun bağlandığını, Mooroopna qəsəbəsi ətrafında təxminən 6 min ev və iş yerinin işıqsız qaldığını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Digər tərəfdən, Viktoriya ştatının Fövqəladə Hallar Xidməti sel sularının hündürlüyünün 12 metri keçə biləcəyi və bunun da 7 mindən çox binanın su altında qalmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Seldən ən çox zərər çəkən Viktoriya ştatında güclü yağış səbəbindən yollar göllərə çevrilib, məktəblərdə təhsil yarımçıq qalıb, 3000 ev və iş yeri işıqsız qalıb. Tasmaniyada 24 saat ərzində güclü yağışdan sonra çaylar daşıb. Yeni Cənubi Uelsin daşqından zərər çəkmiş Forbes şəhərində 600 nəfər təxliyəyə çağırılıb. Ştatın qərb hissəsində avtomobilinin su altında qalması nəticəsində bir nəfər ölüb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button