2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AXCP növbədənkənar prezident seçkilərini boykot etmək qərarını verdi

Bakı/16.12.23/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini boykot etmək qərarına gəlib.

Bu qərar dekabrın 16-da partiyanın VII (X) qurultayında qəbul edilib.

“Partiyadaxili müzakirələrdən sonra seçkiləri boykot etmək qərarı verildi. Qərarı qurultay nümayəndələrinin mütləq əksəriyyəti dəstəkləyib, yalnız iki iştirakçı əleyhinə səs verib”, – deyə AXCP-dən bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Partiya boykot qərarını ölkədə azad, ədalətli, demokratik seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə izah edib.

“Biz azad, ədalətli, demokratik seçkilərin tərəfdarıyıq və həmişə belə ədalətli yarış tələb edəcəyik. Lakin biz “seçkilər” adlı saxtalaşdırılmış məzhəkədə, bu “demokratiya” imitasiyasında iştirak etməyəcəyik”, – partiyanın səfri Əli Kərimli qurultayda deyib.

 

Bundan əvvəl Müsavat partiyası da seçkilərdə iştirak etməyəcəyini açıqlamışdı.

Öz növbəsində hakim Yeni Azərbaycan Partiyası hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürüb.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa və Milli Məclisin digər üzvü, Sosial Araşdırmalar Mərkəzinin sədri Zahid Oruc da seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.—06D-

 

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button