Loading...
Loading...
Xəbərlər

AXCP üzvü Əlizamin Salayev vaxtından əvvəl axadlığa çıxıb

Bakı/19.01.22 Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlizamin Salayev yanvarın 19-da azadlığa buraxılıb.

O bildirib ki, ötən ilin noyabrında Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya aktı ilə azadlığa buraxılıb.

“Amnistiya aktına görə, 3 ilə qədər həbs cəzası olanlar həbs müddətinin bitməsinə 6 ay qalmış azadlığa buraxılır”, deyə o qeyd edib. 

Salayevin sözlərinə görə, həbsdə olduğu müddətdə səhhətində ciddi problemlər yaranıb.

“Gözlərim, demək olar ki, fəaliyyətini itirib, ayaqlarım tutulur, daxili orqanlarımda da problem var. Hamısı həbsdə gördüyüm işgəncələrin keçirdiyim aclıq aksiyaların nəticəsidir”, deyə AXCP fəalı bildirib. 

O qeyd edib ki, həbsdən əvvəlki siyasi fəaliyyətini davam etdirəcək. 

Əlizamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adı çəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda AXCP fəalı Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi.

Bundan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. Qadın polisin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətə uyğun olmadığını söyləyib. -0-

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun