2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Axı niyə erməni mənim torpağımda rahat oturmalıdır, niyə?”

Söz vaxtına çəkər deyiblər! Düz bir il əvvəl yəni 2015-ci ilin okyabrın 12-si Milli Ordumuzun Baş leyenantı Kamil Musavi döyüş tapşırığını yerinə yetirərkən minaya düşdü…və…başlayaq Dastanın lap əvvəlindən! Hər kəsin bir məğzi var! Kamilin məğzi isə məhz İgidlik və Barışmazlıqdır.

Qazağ elinə-obasına xas olan, tarixən bu eli-obanı fərqləndirən barışmazlıq əzmi udduğu havayla, içdiyi suyla, eşitdiyi sözlə onun ruhuna, varlığına ta uşaqlıqdan hopmuşdur. Yaşadığı məhlədə “cuvallağı” uşaq kimi ad qazanmışdı. Necə deyərlər Yerə qoyurdun Yeri yandırırdı, Göyə qoyurdun Göyü. Hər dəfə məhləyə düşəndə artıq hamı bilirdiki az keçməz bu “cuvallağı” oğlan “bir iş qarışdıracaq”. Qoyulan qadağalar, məhdudiyyətlər onun çağlayan barışmaz ruhuna tam zidd olduğu üçün onları heç ciddiyə də almırdı. Məktəb illərində dərs oxumaqla heç arası yox idi. Sanki tarix yazmaq ona tarix oxumaqdan daha maraqlı, daha vacib görünürdü… Çağlayan ruhu , ona sözə baxan bir uşaq olmağa imkan vermirdi, özüylə necə bacaraydı? Və nə yaxşı ki, bacarmadı! Bu qədər tarixi torpağı düşmən tapdağında olan, millətinin bir milyonuna “köçkün”, “didərgin” damğası vurulan xalqın oğlu niyə barışmalıydı. Niyə bacarmalıydı dinc oturmağı, standart bir həyat yaşamağı, yəni məktəbdən sonra hər hansı bir ali məktəbi bitirib diplomlu gənc kimi elinə-obasına qayıdaraq burda ortabab bir işə düzəlib səhər işə axşam evə tələsərək rahatca yaşamağı. Bacarmadı bunları! Bacarmazdı! Ona görə də müəllim lövhədə çizdiyi cizgilərdən fərqliydi Kamilin beynində canlanan cığırlar, xətlər, işarələr onlar gələcəkdə hazırlayacağı kəşfiyyat planlarının cizgiləri idi. Hər gün televizordan, böyüklərdən erməni vəhşiliyi haqda eşitdikləri Kamili daha da barışmaz edirdi. Onun ruhuna ruh qatan isə Qarabağ savaşında və daha əvvəl xalqımızın, o cümlədən Qazax elinin yetişdirdiyi igidlərin, hərb tarixində öz sözünü demiş hərbicilərin mərdliyi, qoçaqlığı, qəhrəmanlığı haqda eşitdikləri idi. Yaşadığı məhlənin hər bir daşına görə, hər sakininə görə dalaşmağa, qol güləşdirməyə hazır olan Kamil Vətənimiz Azərbaycanın bu qədər torpağına erməni faşistləri kimi murdar məxluqların ayağının dəyməsini heç cür həzm edə bilmirdi. Artıq lap ilk məktəb illərində o öz missiyasını özü üçün duymağa müəyyən etdi və özünü bu missiya üçün hazırlamağa başladı… Bu İgidlik missiyası idi,…Bu missiya Böyük Yaradanın lütfü, payı idi ona qarşı sayqısızlıq etmək böyük günah olardı. Kamilin saf, pak, işıqlı Ruhu isə gunaha deyil savaba açıq idi. Hələ birinci sinifdə oxuyarkən Kamilin idmana olan həvəsi onun ozünədə, əzizlərinədə ayan olmağa başladı. Və elə həmin illərdə o güləş üzrə yığmanın məşqçisi Qazağ elinin fəxri Firdovsi Umudovun rəhbərliyi altında məşq etməyə başladı. Müxtəlif səviyyəli turnirlərin qalibi, o cümlədən Respublika mükafatçısı oldu. Lakin idman sahəsində əldə etdiyi uğurlar onun döyüşkən, barışmaz ruhunu qane etmirdi. Beləliklə, elə ilk illərdən məşq edərkən o özünü idman yarışlarına deyil döyüşə, hətta düşmənlə əlbəyaxa döyüşə hazırlamağa başladı. Canı-qanı bahasına olsa belə Şəhid qanı hopmuş müqəddəs Vətən torpağını düşməndən azad etmək əzmindəydi Kamil. Elə bu əzmi onun həyatının əsas və cox vacib qərarını qəti şəkildə qəbul etməyini şərtləndirdi. O, hərbçi olmağı qərara aldı. Düşməni bizim torpaqda oturduğuna, bu Vətənin havasıyla nəfəs almağına, bu torpağın çaylarından, bulaqlarında su içməyinə peşiman etməyi qərara aldı, cünki bu dəliqanlını bir fikir rahat buraxmırdı “Axı niyə erməni mənim torpağımda rahat oturmalıdır, niyə?”. O artıq anlamışdır ki bu cür haqsızliğa bütün dünya susub, susur və susacaq. Bu torpaqlarda haqq-ədaləti elə özümüz bərqərar etməliyik. hər gecə yuxusunda elinin-obasının Şəhid övladlarının ruhu ona xeyir-dua verir, çiyinlərinə düşən missiyaya ruhlandırdı. Kamil anlayırdı Savaşa elmli, savadlı başlayacağı! Müasir dövrdə güclü deyil elmi, məlumatlı olan Qelebeye yaxınlaşa bilir. Və beləliklə, Kamil 2008-ci ildə Ulu Öndərin adını daşıyan Ali Hərbi Məktəbə daxil olur. İxtisas seçimi zamanı çatanda isə heç tərərddüd etmədən elə uşaqlıq arzusuna uyğun olaraq kəşviyyatı seçir! Uca Yaradan Kamilə Barışmaz Ruh və İgidlik bəxş etmışdi. Kəşviyatçı üçün bu cəhətlər çox vacibdir, lakin o anlayırdi ki, uğurlu kəşviyyatçı həmdə məlumatlı olmalıdır. Buna görədə Hərbi məktəbdə oxuduğu illəri həyatının ən gözəl, anlamlı illəri kimi dəyərləndirirdi, çünki burda keçirdiyi hər gün onu o Ali Misiyya daha da yaxınlaşdırırdı. Kamil müəllimlərini yorana kimi onlardan hərb elminin sirlərini öyrənməyə çalışırdı, onların zehnindən, canından-qanından süzülən hər elm damlasıyla savaş, mübarizə əzmini qidalandırır, möhkəmləndirirdi. Hər gün saatlarca məşq edirdi. O, bilirdi kəşviyyatcı ən dözülməz şəraitdə tab gətirməlidir, yeri gələndə palçıqda sürünməli, sıldırım qayalara dırmanmalı, suda getməli, qısası odda yanmaz suda batmaz olmalıdır, kəşfiyyatçı hər an ölümə hazır olmalıdır, səhvə yol verməməlidir, çünki onun səhvi düşmənin uğuru deməkdir! Bunların hamısını idman
101597

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button