2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyatiqtisadiyyat

Ay kasıb, vay kasıb… İrandan gələn malların da qiyməti qalxır

İrana piyada gediş-gəliş iki il əvvəl koronavirus pandemiyası ilə bağlı dayandırılsa da, bu müddət ərzində ora yük maşınları işləyib.

“İrana müqəddəs yerlərə və müalicəyə gedənlər hələ də çoxdur”. Bunu sərhədyanı ticarətlə məşğul olan bir sahibkar deyir. Onun sözlərinə görə, pandemiyadan əvvəl qazanc daha çox idi: “İndi ərzaqdan başqa İrandan hər şey gəlir. Amma baha. Mal gətirənlər qiyməti qaldırırlar. Qiymət fərqi çox cüzidir, ona görə alıcı azdır. İrandan gələn balıq konservi var, əvvəllər bir ədədi 90 qəpik-1 manata satılırdı, indi olub 1 manat 70 qəpiyə. Bizim adamlar ondan çox alırlar. Aldığımız xəbərlərə görə, İranda da bahalaşma gedir”.

Saytların yığılması Saytlarin yigilmasi

Sərhədyanı mağazalarda daha çox cehizlik mallar var. Xalça, döşək, müxtəlif örtük və sair mallar diqqəti cəlb edir. Mağazalarda İrandan gətirilən dərmanlar da ərzaq malları ilə yanaşı satılır. Satıcılar deyir ki, toylara icazə verildikdən sonra mal alanların sayı da nisbətən artıb.

Sərhədyanı mağazaların önündə taksilər dayanıb. Taksi sürücülərinin biri şikayətlənir ki, bir həftədir əlinə pul gəlmir: “Bakı-Astara marşrutu ilə işləyirəm. Quru yol bağlıdır. İrandan bu tərəfə az adam çıxır. İranlılar Astarada, Lənkəranda torpaq alıb özlərinə ev tikirlər. Gediş haqqı yerindədir. Bakıya dörd nəfər götürürük, adambaşına 15 manata. Dörd nəfər alınmır, məcbur olub iki nəfər aparırsan, çörəkpulu çıxır”.

Astara şəhər sakini Əmir Qasımov qonşu ölkədə də bahalaşma getdiyini deyir: “Ali təhsilliyəm, sovet dövründə uzun müddət ticarətdə işləmişəm. Evim Astara sərhəd-keçid məntəqəsinin önündədir. Görürəm ki, son vaxtlar İrana qoyun əti, düyü, digər ərzaq məhsulları gedir. İranda bahalaşmadır”.

Astara şəhər sakini Əmir Qasımov qonşu ölkədə də bahalaşma getdiyini deyir: “Ali təhsilliyəm, sovet dövründə uzun müddət ticarətdə işləmişəm. Evim Astara sərhəd-keçid məntəqəsinin önündədir. Görürəm ki, son vaxtlar İrana qoyun əti, düyü, digər ərzaq məhsulları gedir. İranda bahalaşmadır”.

Onun deməsinə görə, gediş-gəliş vaxtı İrana o da baş çəkib: “Oradan iki kiloqram düyü gətirdim. İran gömrüyündə düyünü əlimdən alıb atdılar yerə. Pulumu da qaytarmadılar. İran tərəfi zəruri ərzaq məhsullarını öz ölkəsindən buraxmır. Azərbaycan düyüyə olan tələbatını xarici ölkələr hesabına ödəyir”.

Ə.Qasımov hesab edir ki, nəzarəti gücləndirmək şərtilə İranla quru sərhədləri açmaq olar: “Quru sərhədlərin açılmasına tərəfdaram. Amma nəzarət etmək lazımdır ki, ölkədən ərzaq məhsulları getməsin. İranla quru sərhədlər açıq olsaydı, bizdə pomidor, badımcan bu qədər baha olmazdı. Kartofun qiyməti də düşmür”.

Astara rayonu Ərçivan qəsəbə sakini Vaqif Əhmədoğlu isə quru yolların bağlanmasının işbazlara sərf etdiyini bildirir: “Quru yollar açıq idi, əhali İrana gedirdi, özlərinə nə lazımdırsa, alırdılar. İranlılar da bura gəlib alver edirdilər. Açıq danışaq, İranda satılan dərmanlar ucuzdur. Dərmanlar bizdə üç-dörd dəfə bahadır. İranda özümə 1 manat verib dərman alırdım. Bizdə həmin dərmanı sərhəddə 10-15 manatadır. Piyada keçidin bağlanması sərhəddə çalışan işbazlara sərf edir”.

Onun fikrincə, quru sərhədlərin açılması əhalinin xeyrinə olardı: “Quru sərhədlərin bağlı olmasına baxmayaraq, İrandan daha çox mal gəlir, amma baha. Monopoliyalar meydana gəlib. İşbazlar yaxşı pul qazanırlar, əziyyəti sadə adamlar çəkir. Mənə elə gəlir ki, yolların açılması əhalinin xeyrinə olardı”.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan isə ölkənin quru yollarının nə vaxt açılacağı ilə bağlı suallara cavab vermirlər. (Azadlıq Radiosu)

“24 saat “Ay kasıb, vay kasıb… İrandan gələn malların da qiyməti qalxır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button