2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Aylıq xərci 2 milyon dollar olan bəxtəvər

Ayda 28 min dollar təkcə çaxır üçün, 190 min dollar təyyarə biletləri, 280 min dollar evdəki xadimələrə və 40 nəfərlik diğər işçi ştatına- bunlar aktyor Conni Depin xərclərinin bir hissəsidir.

24.saat.org xarici mətbuata istinadən xəbər verir ki, ötən il aktyorun bir illik xərci 24 milyon dollara yaxın olub. Yəni ayda 2 milyon dollar.

Hollivud ulduzu pulu sağa-sola xərcləməyi sevir. Məsələn, incəsənət kolleksiyasına 9 milyon ayırıb. Kolleksiyasında 70-dən çox bahalı gitara var.

Saytların yığılması Saytlarin yigilmasi

45 metrlik yaxtasına isə uf demədən 16 milyon dollar verib.

 

Conni yaxın dostu Xanter Foksu eksotik üsulla dəfninə də külli-miqdarda pul xərcləyib. Dostunun nəşi krematoriyada yandırılıb. Onun külünü isə kosmosa göndərib. Kosmosa külü göndərmək 2,8 milyona başa gəlib.

İlqar

 

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button