Loading...
Loading...
Xəbərlər

Azərbaycan Aİ ilə enerji memorandumu imzaladı

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sənəd Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında Bakıda baş tutan görüş çərçivəsində imzalanıb.

Onlar mətbuata bəyanatlarla çıxış ediblər. Hələlik, rəsmi mənbələr bəyanatın mətnini yaymayıblar.

Memorandum Rusiya-Ukrayna müharibəsiAvropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sanksiyaları fonunda imzalanıb. Fevralın 24-də başlanan müharibədən sonra Avropa İttifaqı Rusiya qazından imtinaya qərar verib və alternativ mənbələr axtarmaqdadır.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Gömrük ona həvalə olundu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button