Xəbərlər

Azərbaycan prezidenti Praqadadır

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin zirvə toplantısında iştirak etmək üçün Praqada səfərdədir.

Səfər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çexiya Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə gerçəkləşib.

İ.Əliyev bu səfər çərçivəsində Ş.Mişel ilə görüşməlidir. Eyni zamanda, TürkiyəFransa prezidentlərinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında danışıqlar ola bilər

Əksər Avropa ölkələrindən liderlər oktyabrın 6-da qitədə təhlükəsizlik məsələlərini, ilk növbədə Ukraynadakı müharibəni müzakirə etmək üçün Praqaya toplaşır. Toplantı Avropa Siyasi Birliyi kimi təqdim edilir.

Avropa Siyasi Birliyinin (ASB- EPC) yaradılması ideyasını ilk dəfə mayda Fransa Prezidenti Emmanuel Makron irəli sürüb. ASB ilə bağlı 44 Avropa ölkəsinin liderlərinə dəvətlərin göndərildiyi bildirilir.

Oktyabrın 7-də isə eyni məkanda qeyri-rəsmi Avropa Birliyi (AB) sammiti keçirilməlidir. 27 üzv ölkənin liderləri Rusiyaya qarşı sanksiyaları, enerji böhranını və qarşıdan gələn çətin qışı müzakirə etməlidirlər.

Rusiya bu il fevralın 24-də Ukraynaya təcavüz edib. 2014-cü ildə isə bu ölkənin Krim bölgəsini ilhaq etmişdi. Onda Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ildən genişləndirilib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Qubadlının keçmiş başçısı Polşada saxlanıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button