Loading...
Loading...
Xəbərlər

Azərbaycan Transparency İnternational-ın indeksində 128-ci yeri qoruyub saxlayıb

Bakı/25.01.22 Transparency İnternational beynəlxalq hüquq müdafiə təşkilatı yanvarın 25-də 2021-ci il üçün illik məruzəsini dərc edib. Məruzədə 180 ölkənin dövlət sektorunda əhali tərəfindən korrupsiyanın dərk edilməsi səviyyəsi təqdim edilib, xəbəri DW yayıb.

Azərbaycan korrupsiya indeksində digər yeddi ölkə ilə birlikdə 128-ci yeri qoruyub saxlayıb (30 bal). Ölkə Avropada siyasətçilərin ələ alınması, habelə ali rəhbərliyin vəsaitlərinin yuyulması ilə bağlı bir neçə korrupsiya qalmaqalına qarışıb. 2018-ci il istisna olub, həmin il korrupsiya səviyyəsi 25 bala düşüb.

Postsovet ölkələrinə Türkmənistan liderlik edir – 169-cu yer (13 bal). 150-ci yerdə Tacikistan var (25 bal). 144-cü yeri Qırğızıstan (27 bal), 140-cı yeri Özbəkistan (28 bal) tutur. Ukrayna 122-ci (32 bal), Moldova 105-ci (36 bal), Qazaxıstan 102-ci (37 bal) yerdədir. Belarus 82-ci (41 bal), Ermənistan 58-ci (49 bal), Gürcüstan 45-ci (55 bal), Latviya 36-cı (59 bal), Litva 34-cü (61 bal), Estoniya 13-cü (74 bal) yerdə bərqərar olub.

Beləliklə, Gürcüstan və Baltika ölkələri 50 ballıq həddi keçiblər.

Transparency İnternational ekspertləri 2021-ci ildə əhalisinin dərk etdiyi korrupsiya səviyyəsinin ən aşağı olduğu ölkələrin Danimarka, Yeni Zelandiya və Finlandiya olduğu qənaətinə gəlib. Onlardan hər biri 88 bal yığıb. Onların ardınca Sinqapur, İsveç və Norveç gəlir (85). Daha sonra İsveçrə (84), Niderland (82) və Lüksemburq (81) gəlir. Onun ardınca 80 balla 9-cu yerdən 10-cu yerə keçən Almaniya gəlir.

Siyahının ən sonunda isə Cənubi Sudan (11 balla 180-ci yer), hər biri 13 balla 179-cu yerdə Somali və 178-ci yerdə Suriya yerləşib.

Korrupsiyanı Dərketmə İndeksi (Corruption Perception Index) 1995-ci ildən etibarən hər il ekspertlər və işgüzar dairələr arasında aparılan sorğuların nəticələri əsasında tərtib edilir.

Sorğular müstəqil təşkilatlar tərəfindən aparılır. Bu məlumat əsasında dünya ölkələri 0 baldan 100 bala qədər cədvəl üzrə sıralanır. 0 korrupsiyanın ən yüksək səviyyədə dərk edildiyini, 100 isə ən az dərk edildiyini göstərir. TI-nin məruzəsinə görə, tədqiq edilən ölkələrin üçdə ikisi “ölkənin tamamilə təmiz olduğunu” göstərən 50 ballıq minimal balı yığa bilməyib və onların korrupsiya sahəsində ciddi problemləri var. -0-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button