Loading...
Loading...
Xəbərlər

Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı

Bakı/08.12.21 Dekabrın 8-də AzərbaycanTürkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu telefon söhbətində bölgədə mövcud olan son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan XİN-in məlumatına görə, bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazirlər həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar. -0-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button