Loading...
Loading...
Xəbərlər

Azərbaycanda 1000-ə yaxın dini qurumun dövlət qeydiyyatı var  

Bakı/05.01.22 Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 971 dini qurum dövlət qeydiyyatına alınıb. Bu məlumat Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin saytında yer alıb.

Məlumatda deyilir ki, bu dini qurumlardan 934-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Eyni zamanda, 10 dini təhsil müəssisəsi (kollec) dövlət qeydiyyatından keçib.

Ölkə ərazisində 2253 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Ölkədə ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib.

Məlumata görə, işğaldan azad olunmuş ərazilərdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərdəki 67 məsciddən (Şuşada 18, Ağdamda 5, Füzulidə 19, Zəngilanda 6, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 3, Kəlbəcərdə 2, Xocavənddə 1) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb. -05D- 

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button