Şou
Azərbaycanda məşhur müğənni koronavirusa görə dövlətdən 1000 manat aldı
![](https://www.az24saat.org/wp-content/uploads/2020/04/1587981928_untitled-1-780x450.jpg)
“Hamı bilir ki, biz müğənnilər vergi ödəyicisiyik. Fərdi sahibkar kimi Vergilər Nazirliyindən rəsmi qeydiyyatdan keçmişik. Koronavirus səbəbindən dövlət sahibkarlara yardım etdi. O yardımdan mənə də pay düşdü”.
az24saat.org oxu.az-a istinadən xəbər verir ki, bunu ARB TV-də yayımlanan “Hüseynova bacıları” proqramında şou-biznesdə “Faytonçu” təxəllüsü ilə tanınan müğənni Nazim Pişiyari deyib.
O, dövlətdən 1000 manat yardım aldığını diqqətə çatdırıb:
“Mən dövlətdən 1000 manata qədər kömək aldım. Mənim kimi digər həmkarlarım da vergi ödəyicisidirsə, dəstək alıblar”.