Xəbərlər

Azərbaycanda nazir koronavirusa yoluxub

Mədəniyyət naziri Anar Kərimov koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat yayılıb.

“Azərbaycan Mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb”, – nazirlik bildirir.

Açıqlamaya görə, COVID-19 virusuna yoluxan A.Kərimov aprelin 16-dan müalicə olunur və hazırda vəziyyəti stabildir: “Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə ümumilikdə 303 min 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 203 nəfərin vəfat etdiyi bildirilib.

24 saat” “Azərbaycanda nazir koronavirusa yoluxub” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button