Gündəm

Azərbaycanda taksi sürücülərindən də COVID-19 pasportu tələb olunacaq

Loading...

Elşad Hacıyev: “Taksi sürücüləri sentyabrın 1-dən 1 doza, oktyabrın 1-dən 2-ci doza vaksinasiyadan keçməlidir”

“Oktyabrın 1-dən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq”.

Məlumatı Meydan.TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.

Prezidentin köməkçisi Şahmar Mövsümov iyulun 26-da keçirdiyi brifinqdə bu barədə açıqlama verib.

O bildirib ki, sürücülər immunitet sertifikatı alaraq sərnişindaşıma fəaliyyəti göstərə bilərlər.

“Bu barədə 2 ay əvvəl məlumat verilib. Prezidentin köməkçisi Şahmar Mövsümov brifinqdə qaydaları izah etdi. Müəyyən olunan qaydaya görə, taksi fəaliyyəti ilə məşğul olan şəxslər sentyabrın 1-dən 1 doza, oktyabrın 1-dən 2-ci doza vaksinasiyadan keçməlidir”, – Elşad Hacıyev belə deyib.

Son məlumata görə, Azərbaycanda 7977574 nəfər vaksin olunub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4619842, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3357732 təşkil edir.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button