2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanın müdafiə nazirinin Türkiyəyə səfərinə dair

Bakı/02.02.22 Fevralın 1-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ankarada Türkiyə prezidenti Recep Tayyip Erdoğan və müdafiə naziri Hulusi Akarla görüşüb.

Akarla görüşdə regional təhlükəsizlik məsələləri, iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

Akar iki ölkə arasında əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyindən və inkişaf edəcəyindən əminliyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində, Həsənov Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycan hərbiçilərinin birgə təlimlər zamanı əldə etdiyi döyüş təcrübəsinin əhəmiyyətini qeyd edib. Hər iki tərəf bu cür tədbirlərin müntəzəm olaraq keçirilməsinin vacibliyini vurğulayıb. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button