Loading...
Loading...
SEÇMƏ

Azərbaycanın yeni itkiləri: daha 3 hərbçi rəsmi siyahıya salınmayıb

Yayımlandı: 15 Sentyabr 2022 12:51

Həlak olanlardan biri XTQ-nin zabitidir

Sumqayıt şəhər sakini, əslən İsmayıllı rayonundan olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı Elnur Sədaqət oğlu Səmədov 12 sentyabrda atəşkəsin pozulması nəticəsində həyatını itirib.

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yaşayan Elnur Səmədov 1988-ci ildə anadan olub, 2 övladı var.

Elnur Səmədovun cənazəsi hələ gətirilməyib.

Sumqayıt sakini, əslən Zəngilanın Quyudərə Xəştab kəndindən olan hərbçi Musa Tofiq oğlu Alışov da göstərilən tarixdə həyatını itirib. Musa Alışov ailənin yeganə övladı olub və o, hələ uşaqkən valideynləri ayrılıblar. O, anasının himayəsində böyüyüb.

Musa Alışov sentyabrn 14-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Ailənin yeganə övladı olub.

Göyçayın Şəkər kənd sakini, hərbçi Elnur Nərbala oğlu Məhərrəmov 12 sentyabrda atəşksin pozulması nəticəsində həyatını itirib.

Elnur Məhərrəmov 2001-ci ildə anadan olub.

Hər üç hərbçinin adı Müdafiə Nazirliyinin sentyabrın 14-də açıqladığı siyahıda yoxdur.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyi 50, Ermənistan isə 105 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Özünü yandıran qazi vəfat edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button