2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Azərbaycan 126 min avro təzminat ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 13-də Azərbaycandan göndərilmiş 15 civarında ərizə üzrə altı yekun qərar və qərardadlarını elan edib.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə qərarlarına əsasən, Azərbaycan ümumilikdə 126 min avrodan artıq təzminat ödəməlidir.

Onlardan biri – “Səid Haşemi və başqaları Azərbaycana qarşı” işində ərizəçilərə münasibətdə şəxsi həyata hörmət hüququna müdaxilə olduğu qənaətinə gəlinib, hökumət onların hər birinə 2 min 100 avro təzminat ödəməlidir: “Bu işdə ərizəçilər – Səid Haşemi, Məhəmməd Ehsani, Ruhullah Rüstəmi, Şaimə Əliközie, Nafiza Əhmədzadə, Eyaz Qureşi, Məhəmməd Heydəri xarici vətəndaşlardır. Onlar Azərbaycan torpaqlarında doğulmuş, doğum haqqında şəhadətnamələri olan övladlarına ölkə vətəndaşlığının verilməsindən imtinadan şikayət etmişdilər”.

Başqa işlər isə qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından imtina, məhkəmə qərarının icra edilməməsi, mülkiyyət hüquqlarının pozulması, şəxsin intim xarakterli videogörüntülərinin çəkilməsi, internetdə və özəl bir telekanalda yayılması ilə bağlı idi. Sonuncu işdə söhbət jurnalist Tural Cəfərovdan (Qan Turalı) gedir. “Tural Cəfərov Azərbaycana qarşı” işində tərəflər dostca anlaşma bağlayıblar. Hökumət ərizəçiyə 8 min 300 avro təzminat ödəməlidir.

Hələlik, qərarlara Azərbaycanın rəsmi və cavabdeh qurumlarından münasibət almaq mümkün olmayıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button