2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan energetika sahəsində etibarlı tərəfdaşdır – İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq energetika tərəfdaşlığı çərçivəsində öz öhdəliklərinə sadiqliyini və Avropaya karbohidrat və yaşıl enerji tədarükü layihələrini inkişaf etdirməyə hazır olduğunu təsdiq edib.

“Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Bizim sözümüz də imzamız qədər əhəmiyyətlidir”, deyə Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində 10-cu nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında bildirib.

“Əminəm ki, müəyyən etdiyimiz bütün planlar həyata keçiriləcək”, deyə o, əlavə edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizi Avrasiya məkanında ən böyük infrastruktur layihələrindən biri olub. 

Azərbaycan həm tədarük marşrutlarının, həm də enerji mənbələrinin şaxələndirilməsinin tərəfdarıdır. “Avrasiyada bugünki geosiyasi vəziyyət nə etmək lazım olduğunu dəqiqliklə sübut edir”, deyə o bildirib.

Əliyev həmçinin qeyd edib ki, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda dərin təbəqələrdən (deep-gas) təbii qaz çıxarılmasına 2025-ci ilin birinci rübündə başlanacaq.

Uzun illər ərzində Azərbaycan neftinin əsas ixrac mənbəyi olan AÇG bloku həm də Azərbyacan qazının tədarükü üçün əlavə mənbə olacaq.

Bildirildiyi kimi, AÇG-də deep-gas ehtiyatları 300 milyard kubmetr qaz olaraq qiymətləndirilir.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl Enerji Məşvərət Şurasının iclasında enerji məsələləri üzrə Avropa Komissarı Kadri Simson da daxil olmaqla, 33 ölkənin nümayəndə heyəti iştirak edir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button