2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan məhkəməsi erməni əsilli rusiyalıya 8 il həbs kəsdi

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov-un mühakiməsi yekunlaşıb.

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə Marat Ueldanova 8 il həbs cəzası verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Buna da bax:​ Qalustyan Bakıda həbs edilib- Rusiya nota verdi

Ueldanov CM-nin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsilə suçlanır. Amma o, məhkəmədə ifadəsində özünü təqsirli bilməyib. Deyib ki, cibinə narkotiki atıblar.

Amma şahidlər fərqli ifadə verib. Nicat Həsənov ifadəsində deyib ki, “Boulevard” hoteldə birgə işləyiblər və Marat Ueldanovun başqalarına narkotik təklif etməsinin şahidi olub.

Buna da bax: ABŞ məhkəməsi Rusiya deputatının oğlunu 27 il azadlıqdan məhrum edib

Marat Ueldanov 2016-cı il iyulun 8-də həbs olunub. Onun həbsindən sonra bacısı Marianna Mirzoyan iddia edib ki, qardaşı erməni olduğuna görə saxlanıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: “Onun əsl soyadı Qalustyan olub”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button