2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan ordusu cavab zərbələri endirir /YENİLƏNİB/

Bakı/28.07.21 İyulun 28-nə keçən gecə Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən başlayan təxribatın qarşısının alınması məqsədilə Azərbaycan ordusunun cavab tədbirləri davam edir.

“Bizim bölmələrimiz düşmənin atəş nöqtələrini neytrallaşdırmaq üçün lazımi addımlar atıblar.

Guya Ermənistan ərazisində mülki obyektlərə ziyan vurulması barədə məlumatlar dezinformasiya məqsədilə yayılan yalandır. Öz ənənələrinə sadiq olan Ermənistanın hərbi-siyasi rəhbərliyi erməni ictimaiyyətini və beynəlxalq birliyi çaşdırmaq üçün yanlış informasiya yaymaqda davam edir”, – məlumatda deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyini avantürist əməllərindən, təxribatlardan və iki ölkənin dövlət sərhəddində vəziyyəti qəsdən gərginləşdirməkdən çəkinməyə, dövlət sərhəddinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırıb.

“Bir daha bəyan edirik ki, Ermənistan-Azərbaycan dövlət sərhəddində vəziyyətin eskalasiyasına görə məsuliyyət tamamilə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda həmin istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaq”, – Azərbaycanın hərbi idarəsi qeyd edib. –06D-

*   *   *

2021 İyul 28 (Çərşənbə) 11:11:18

Sərhəddə gecə döyüşü, ermənilər tərəfdən üç ölü

Bakı/28.07.21 Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyininiulun 28-də yaydıı məlumatda deyilir.  

Məlumata görə, iyulun 28-i saat 00:50 radələrindən Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. 

“Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz – Sadiq Əliyev və İmranlı İmran Dilqəm oğlu yaralanıb,Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur”, deyə məlumatda vurğulanır.

Məlumata görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Müdafiə Nazirliyi bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Xatırladaq ki, son günlər Azərbaycan Ordusnun Kəlbəcər istiqamətində yerlışən hərbi mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulur . Bu günlərdə Azərbaycan ordusunun giziri Fərman Yaqublu həlak olmuşdu.

Öz növbəsində, Ermənistan tərəfi üç hərbiçisinin  öldüyünü və ikisinin yaralandığını bildirir. Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın “təcavüzünə” cavab olaraq bütün hərbi-siyasi tədbirlərdən istifadə edəcəyi ilə hədələyən bir bəyanat yayıb.-05D-  

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button