2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan ordusunda itki: əsgərin özünü silahla vurduğu bildirilir

Yayımlandı: 11 Dekabr 2022 16:09

DSX: “Əsgər silahla davranış qaydalarını pozub”

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasının əsgəri Məhəmməd Əliyevin güllə yarasından öldüyü bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə DSX məlumat yayıb.

Bildirilir ki, hadisə dekabrın 10-da baş verib.

DSX 2003-cü il təvəllüdlü müddətli hərbi qulluqçu, əsgər Məhəmməd Məhərrəm oğlu Əliyevin silahla davranış qaydalarının pozulması nəticəsində vəfat etdiyini iddia edir.

“Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub”, – deyə DSX açıqlamasında qeyd edib.

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işlərinin aparıldığı bildirilir.

Vəfat edən əsgərin Beyləqanın Birinci Şahsevən kəndindən olduğu deyilir.

Meydan TV əsgərin ailəsi ilə əlaqə saxlaya bilməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button