2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan-Qazaxıstan sənədlər paketi imzalanıb

Bu gün Bakıda iki ölkə prezidentləri – İlham Əliyev və Qasım-Jomart Tokayev arasında danışıqların yekunu üzrə Azərbaycan-Qazaxıstan sənədlər paketi imzalanıb.

Prezidentlər Dövlətlərarası Şuranın ilk iclasının Qərarını imzalayıblar. 

Bundan əlavə, iki ölkənin kiçik və orta biznesə dəstək fondları arasında əməkdaşlığa dair, Azərbaycan Medianın İnkişafı Agentliyi ilə Qazaxıstanın Mərkəzi Kommunikasiyalar Xidməti arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Həmçinin SOCAR və “KazMunayQaz” şirkəti arasında Qazaxıstan neftinin alqı-satqısı üzrə strateji əməkdaşlığa dair memorandum və Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin həcminin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb.

Bundan əlavə, Azərbaycan İnvestisiya Holdinqi ilə “Samruk Kazyna” SC arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Azərbaycanın Mədəniyyət Nazirliyi ilə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024-2025-ci illər üçün əməkdaşlıq üzrə tədbirlər planı imzalanıb.

Həmçinin iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə protokol imzalanıb.

Bundan əlavə, dəniz gəmilərinin heyətinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş imzalanıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button