2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan səfiri etimadnaməsini Hindistan prezidentinə təqdim edib

Bakı/06.01.23/Turan: Azərbaycanın Hindistanda yeni təyin olunmuş səfiri Elçin Hüseynli yanvarın 5-də etimadnaməsini Hindistan prezidenti Draupadi Murmuya təqdim edib. Bu barədə o X sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

“Bu gün öz etimadnaməmi Hindistan prezidenti Draupadi Murmuya təqdim etmək şərəfinə nail oldum. Hindistanda səfir kimi öz ölkəmə xidmət etməkdən və münasibətlərimizin inkişafı üzərində çalışmaqdan qürur və şərəf duyuram”, – səfir qeyd edib.

Azərbaycan və Hindistan arasında siyasi münasibətlərdə çətin dönəm yaşanır ki, bu da beynəlxalq təşkilatlarda Nyu-Dehlinin Ermənistanın Azərbaycana qarşı səylərini dəstəkləməsilə bağlıdır. Bundan əlavə, Hindistan Ermənistana əsas silah tədarükçüsünə çevrilir.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində Kəşmir məsələsində Pakistana dəstəklə əlaqədar Hindistanın Azərbaycana iradları var. Lakin bu məsələdə Azərbaycanın mövqeyi Birləşmiş Millətlər Təşkilatının qərarlarına əsaslanır. – 06B-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button