2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

“Azərbaycan Sənaye Bankı”nın rəhbərliyində yeni təyinat 

“Azərbaycan Sənaye Bankı” ASC-də yeni təyinat olub.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az-ın məlumatına görə, Vyaçeslav Ayvazov ASB-də Baş Korporativ işlər İnzibatçısı təyin edilib.

Vyaçeslav Ayvazov həm paralel olaraq İdarə heyətinin üzvüdür, həm də 2016-cı ildən indiyə kimi ASB-də Hüquq departamentinin müdiri vəzifəsini icra edir. O, həmçinin “DİA Holdinq FZCO”da hüquq meneceri, “Nikoil Bank”da Filial müdirinin müavini və hüquq məsləhətçisi vəzifələrində çalışıb. Vyaçeslav Ayvazov Odlar Yurdu Universitetində bakalavr təhsili alıb.

Vyaçeslav Ayvazov-un kurasiyasında iki departament fəaliyyət göstərəcək: Korporativ İşlər departamenti və Bank İnfrastrukturunun İdarə edilməsi departamenti.

Korporativ İşlər departamentində İnsan Resurslarının idarəedilməsi şöbəsi, Hüquq və Problemli Kreditlərin Təqibi şöbəsi, Ümumi Şöbə və İstehlakçıların Hüquqlarının Müdafiəsi şöbəsi var. Bank İnfrastrukturunun İdarə edilməsi departamentinə isə İnfrastrukturun İdarə
edilməsi şöbəsi və POS, ATM şəbəkəsinin Təşkili və inkişafı Şöbəsi daxildir.

Xatırladaq ki, ASB Bank 1996-cı ildə yaradılıb, 60 mln. manat nizamnamə kapitalı var. Bankın səhmdarları “Azersun Holding” MMC-yə yaxın olan “Anadolu Investment Company” MMC (98.43%), Leyla Gözal Kurt (1.00%) və “Azərbaycan Sənaye Lizinq Şirkəti”dir (0.58%).

 

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button