2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan və Ermənistan arasında anklav ərazi ilə bağlı problem yaranıb

Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib. Azərbaycan ilk olaraq 4 kəndinin qaytarılmasını tələb edir.

Bu barədə Azərbaycan Baş nazirinin müavini, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

“Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların işğal edildiyini bəyan etmək tamamilə əsassızdır. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq”, məlumatda qeyd edilir.

Azərbaycan Baş nazirinin müavinin xudmətinin yaydığı məlumat martın 7-də Azərbaycan və Ermənistan arasındakı sərhəddə Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşündən sonraya təsadüf edir.  

Ermənistan Baş nazirinin müavini Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın sədri Mher Qriqoryanın ofisi martın 6-da “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna cavabında bildirib ki, Azərbaycanın 4 kəndi tələb etməsi əslində, Ermənistanın 31 qeyri-anklav yaşayış məntəqəsinin ərazisinin “işğal”ını tanımaqdan imtina etdiyini və Bakının öz qoşunlarını Ermənistan ərazisindən çıxartmaq niyyətində olmadığını təsdiq edir. 

“Azərbaycan Ermənistanın 31 qeyri-anklav yaşayış məntəqəsinin həyati əhəmiyyət kəsb edən ərazilərinin Azərbaycanın “işğal”ı altında olduğunu etiraf etməkdən imtina edərək Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızıl Hacılı toponimlərini irəli sürür”, Baş nazirin müavinin ofisindən bildiriblər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button