2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiya komissiyalarının birgə iclası olub

Martın 7-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirinin məlumatında deyilir ki, tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb, delimitasiyası üzrə Dövlət Komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə edib. 

“Tərəflər Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər. Həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər”, məlumatda qeyd edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənista tərəfi də eyni mzəmunlu məlumat yayıb.

Dövlət Komissiyalarının bundan öncə birgə iclası yanvarın 31-də Azərbaycan və Ermənistan arasında sərhəddə baş tutub.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button