2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan və Ermənistan nazirlərinin görüşü: niyə Berlin?

Amma indi görünən odur ki, Brüssel və Washington-u Berlin formatı əvəzləyir.

Nazirlərin bu görüşü fevralın 17-də keçirilmiş Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşündə razılaşdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan sonra Azərbaycan və Ermənistan mediasında nazirlərin görüş üçün yer axtardığı yazılsa da, bu yerin Almaniya şəhərlərindən biri ola biləcəyi şübhə doğurmurdu.

Çünki indiyə kimi tərəflər Brüssel və Washington-da bir araya gəlsələr də, sonradan orda nəzərdə tutulan görüşlər baş tutmamışdı. Bu halda Münhen Təhlükəsizlik Konfransında iki ölkə liderini bir araya gətirməsi Almaniyanın Azərbaycan-Ermənistan arasında yeni vasitəçi olacağı ehtimalını gücləndirmişdi.

Bəs niyə Berlin formatına ehtiyac yarandı? Bu formatın zəruriliyini ortaya çıxaran amillərə nəzər salaq.

Moskva formatının qarşı cəbhəsində görünən Brüssel və Washington formatı Azərbaycanın ötən il görüşlərə qatılmasından imtinasından sonra dağılmış sayıla bilər.

Ötən ilin sonlarında rəsmi Bakı və Washington arasında münasibətlər o həddə qədər gərginləşdi ki, ABŞ Azərbaycana hərbi yardımı və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdiyini bildirdi. Rəsmi Bakı da buna qarşılıq verərək ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyini (USAID) hədəfə aldı.

Sonradan ABŞ Dövlət Departamentinin yüksək rütbəli diplomatı James O’Brien Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüşsə də, hələ ki, münasibətlərin əvvəlki məcrasına qayıtdığını söyləmək çətindir və Azərbaycan-ABŞ münasibətlərinin soyuq fonunda Washington formatının da aktivləşəcəyi hələ ki, yaxın görünmür.

Çərşənbə günü Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Michael Harms-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın „alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən“ qonşusu Fransadan fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirdiyini vurğulayıb.

Ara-sıra, xüsusilə Qərbdə keçirilən görüşlərdən sonra fəallaşan Moksva formatının, Rusiyanın sülhün yalnız onun vasitəçiliyi ilə mümkün olacağı bəyanatlarına rəğmən daha çox formal xarakter daşıdığını söyləmək mümkündür.

Üstəlik, son vaxtlar Ermənistanla Rusiya arasında gərginliyin artması və etimad əskikliyi fonunda Yerevanın Moksva formatına o qədər də könüllü yanaşmadığını ehtimal etmək olar.

Ortaya çıxdığı vaxtdan məhsuldar və daha praqmatik addımları ilə yadda qalan Brüssel formatı sonradan Fransanın Ermənistanı dəstəkləyən bəyanatlar verməsi və onu silahla təchiz etməsi səbəbi ilə dondurulub: rəsmi Bakı Parisi münaqişə tərəflərinə neytral ola bilməməkdə ittiham edir.

Azərbaycan üçün Brüssel formatının cəlbediciliyini azaldan daha bir səbəb isə, hər iki tərəfə də neytral mövqeyini qoruyub saxlayan və pozitiv mövqe nümayiş etdirən Şarl Mişeli Avropa İttifaqı Şurasının prezidentliyi vəzifəsində qurumun xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell-in əvəzləmə ehtimalının mövcudluğu ola bilər.

Josep Borrell Ermənistanda Avropa İttifaqının mülki monitorinq missiyasını dəstəkləyir. Bakı bu missiyanın Ermənistanda mövcudluğundan narazıdır.

Azərbaycan hakimiyyəti həm də Borrell-i „qeyri-adekvat bəyanatlar“ verməkdə ittiham edib.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button