2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan və Rusiya atəşkəsin pozulduğunu deyir, Ermənistan təkzib edir

Yayımlandı: 22 Fevral 2023 12:50

İnsident nəticəsində ölən və yaralananların olmadığı qeyd olunur

Azərbaycan Müdafiə Nazirliyi (MN) fevralın 21-i gecə saatlarından 22-dək Azərbaycan Ordusunun mövqelərinin 15 dəfə atəşə tutulduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan tərəf isə bunu təkzib edir.

Müdafiə Nazirliyi deyir ki, Ermənistan qüvvələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonu Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.

“Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – deyə nazirlik bildirib.

Ermənistan Müdafiə Nazirliyi isə bildirib ki, Azərbaycanın yaydığı məlumat həqiqəti əks etdirmir.

Fevralın 21-də Rusiya Müdafiə Nazirliyi də atəşkəsin pzoulduğunu açıqlayıb:

“Dağlıq Qarabağın Martakert (Ağdərə) rayonunda atəşkəs rejiminin pozulması qeydə alınıb”.

Rusiya sülhməramlı kontingentinin gündəlik xəbər bülleteni bu insident nəticəsində ölən və yaralananların olmadığını qeyd edir.

Rusiya tərəfi atəşkəsin kimin tərəfində pozulduğunu izah etmir.

Qeyd olunur ki, bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button