2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Azərbaycan və Türkiyə bayraqlarına qarşı edilmiş bu tərbiyəsizliyi, əxlaqsızlığı…”

Dostların diqqətinə!

Livan rəsmilərini Azərbaycan və Türkiyə bayraqlarına qarşı edilmiş bu tərbiyəsizliyi, əxlaqsızlığı, bayraqlarımızın bu cür təhqir edilməsini ciddi araşdırmalarını,bunu törədən “insan”ların ciddi cəzalanmasını təmin etməyə çağırırıq. Livan öz ölkəsinin bayrağının Azərbaycan və Türkiyədə bu cür təhqir edilməsinə nə cür reaksiya verərdisə Azərbaycan və Türkiyə dövlətlərinin bayraqlarının Livanda bu cür təhqir edilməsinə də eyni sərt yanaşmanı ortaya qoymalı və bu alçaqlığı törədənlərin cəzalanmasını həyata keçirməlidirlıər.
Fotolarda bunu törədənlərin bəzilərinin üzləri də tam aydın görünür və Livan hüquq-mühafizə orqanları üçün onları tapmaq çox asan məsələdir. Azərbaycan və Türkiyədən ərəb dilini bilən gənclərimiz mütləq Livan millət vəkilləri və ictimai xadimlərinə bununla bağlı etirazlarını da çatdırmalıdırlar sosial şəbəkələr üzərindən. Bayraq bir dövlətin və millətin simvoludur, şərəfidir, namusudur. Ona əl uzadanlara lazımi cavab vermək də hər bir insanımızın borcudur. Ümid edirik ki bu təxribatın arxasından ərəb kökənli insanlar deyil, hər zaman Azərbaycan və Türkiyəyə qarşı belə əxlaqsız addımlar atan Livanda yaşayan erməni diasporu və lobbisi çıxacaq. Amma kimliyindən asılı olmayaraq ölkə ərazisində başqa ölkələrin bayrağına qarşı belə tərbiyəsizliyə Livanın müvafiq qurumları yol verməməli, bu cür addım atanların isə cəzalanmasına nail olmalıdırlar. Çünki bu cür adddımlar Azərbaycan-Livan, Türkiyə-Livan münasibətlərinə ancaq mənfi təsir göstərən və zərər verən addımlardır.
 
Qənirə Paşayeva, millət vəkili

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button