2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan yenə Fransaya nota verib

Yayımlandı: 28 Dekabr 2022 18:04

Sənəd XİN-ə çağırılan səfir Ann Buayona təqdim edilib

Dekabrın 28-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə XİN məlumat yayıb.

Bildirilir ki, Fransaya verilən nota səfirə təqdim edilib.

“Notada Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda bu ölkənin müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub”, – deyə XİN-in açıqlamasında qeyd olunub.

Rəsmi Bakı Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin Azərbaycana qərəzli münasibətini qəbuledilməz sayıb:

“Bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Prezident E.Makrona  ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsi qəbuledilməzdir”.

Foto: XİN

“Məktubun Fransa Parlamentinin hər iki palatasının Azərbaycana qarşı əsassız ittihamlarla dolu qətnamələrinin qəbul edilməsinin də daxil olduğu, məqsədyönlü və sistemli şəkildə həyata keçirilən silsilə xarakterli anti-Azərbaycan tədbirləri və bəyanatlarının davamı olduğu vurğulanıb”, – deyə XİN əlavə edib.

Nazirlik Fransa hökuməti tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruriliyini səfirin diqqətinə çatdırdığını açıqlayıb.

Dekabrın 28-də sağ və sol təmayüllü yüzdən çox Fransalı parlamentinin üzvləri “Le Monde” qəzeti vasitəsilə Prezident Emmanuel Makrona  məktub ünvanlayblar.

Onlar Makrondan Ermənistan və Qarabağ ətrafında cərəyan edən proseslərə müdaxilə etməsini istəyiblər.

Noyabrın 30-da Fransa Milli Assambleyası (Aşağı Palata) Azərbaycanla bağlı növbəti qətnamə qəbul edib.

Sənəddə 13-14 sentyabr tarixlərində Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü və onun suverenliyini pozulduğu vurğulanır.

Qətnamədə Azərbaycandan Ermənistanın suveren ərazisinin işğalına son qoyulması və Azərbaycan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması çağırışı edilir.

Eyni zamanda, Bakını 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyannamələrin şərtlərinə ciddi şəkildə riayət etməyə çağırır.

Həmçinin Fransa hökumətinə “Cənubi Qafqazda hərbi əməliyyatların dayandırılmasını və mülki əhalinin təhlükəsizliyini təmin etmək iqtidarında olan” beynəlxalq qüvvələr göndərmək üçün BMT ilə işləməyi təklif edir.

Fransa XİN-in rəsmi nümayəndəsinin bu məsələ ilə bağlı bəyanatında deyilir ki, Fransa parlamentinin (Senat və Aşağı Palatanın) iki qətnaməsi hökumətin mövqeyini əks etdirmir.

Xatırlatma

Artıq son iki ayda rəmsi Bakı ikinci dəfədir ki, Fransaya nota verir. Belə ki, noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul etmişdi.

Qətnamədə Azərbaycandan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi tələb olunurdu.

Eyni zamanda, Azərbaycan və onun tərəfdaşları qarşısında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılması tələbi qoyulmuşdu.

Noyabrın 16-da Fransanın Bakıdakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq ona Senatda Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı etiraz notası təqdim edilmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button