2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Azərbaycana mallar əvvəl idxal olunur, sonra ixrac…’

“Ölkəyə idxal edilən məhsulların bir hissəsi ölkədən çıxarılır, bununla da ixracla bağlı müsbət dinamika formalaşdırılır. Bu ilin birinci rübündə xarici məhsulların əhəmiyyətli hissəsi yenə də ixrac edilib”.

İqtisadi Tədqiqatlar Mərkəzinin məlumatında belə yazılır.

Saytların yığılması Saytlarin yigilmasi

Mərkəzin hesablamalarına görə, ixrac ötən ilə nisbətən artsa da, 2014-cü ilə nisbətən iki dəfə azalıb.

Buna da bax:​ 12 ildir gözlənən qanun

“Bu ilin 3 ayında Azərbaycana 100,5 min ton meyvə və tərəvəz idxal edilib. Bunun 45 min tonu daxili tələbat, 55,5 min tonu ixrac üçündür. İlin əvvəlindən 2,6 min ton çay gətirilib. Bunun 70 faizi daxili tələbat, qalanı ixrac üçündür. Eləcə də 31,3 min ton bitki yağı, heyvan yağı gətirilib. Bunun 28,3 min tonu daxili tələbata, 3 min tonu ixraca yönəldilib. Qənd idxalı 81,6 min ton olub, 68,1 min ton daxili tələbat üçün, 13,4 min ton isə ixrac edilib», – deyə İTM eksperti Vahid Məhərrəmov AzadlıqRadiosu-na bildirib.

Onun deməsinə görə, 2017-ci ilin birinci rübündə ərzaq idxalı ötən ilə nisbətən 20,8 faiz artıb. Ət idxalı 2,3 dəfə, diri çəkidə isə 20,8 faiz yüksəlib. Süd idxalı 81, yağ idxalı 25, şəkər idxalı 94 faiz artıb.

Buna da bax: “Ötən illərə baxanda ixrac artmaylb”

“İdxal artımı yerli istehsalın aşağı səviyyəsini göstərir. Üstəlik, ixrac xarici məhsulun gətirilməsindən asılıdır”, o, bildirib.

Qeyri-neft ixracatçılarının aprelin 17-də Yevlax şəhərində keçirilən müşavirəsində prezident İlham Əliyev ixrac göstəricilərinin artmaqda olduğunu vurğulamışdı.

Ölkə başçısı demişdi ki, bu ilin üç ayında iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb. Ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faizə yaxın yüksəlib. İdxal isə 17 faiz azalıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button