2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanda 4241 gündəlik yoluxma aşkarlanıb, 43 nəfər ölüb

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
4241 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan 3366 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 28-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 43 nəfər də vəfat edib.

Qərargahdan bildirildiyinə görə, indiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 230-u sağalıb, 5 512-i vəfat edib, aktiv xəstə sayı isə 50244-ə yüksəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 18871, ötən müddət ərzində isə ümumilikdə 4 414 517 test aparılıb.

Vaksin olunanların sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 101101 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60650, ikinci mərhələ üzrə isə 40451 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı da 6594858 təşkil edib. Bunun 3990054-ü birinci, 2604804 -ü isə ikinci mərhələnin payına düşür .

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin “Sinovac” şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb.

Son həftələr Azərbaycanda həm koronavirusa yoluxma, hem də bu virusa yoluxmuş şəxslər arasında ölüm hallarının artdığı vurğulanır.

Gürcüstanda 74 nəfər ölüb

Koronavirusa yoluxma halları Cənubi Qafqazın o biri respubliukalarında da artan xəttlə getməkdədir. AzadlıqRadiosunun gücü xidmətinin yaydığı məlumata görə, Gürcüstanda da açıqlanan gündəlik yoluxma sayı 4247 nəfər, ölənlərin saı isə 74 nəfər olub. Pandemiya başlayandan bəri ölənlərin sayı isə 7 100 -ü keçib.

Cəbunbi Qafqazın digər respublikası olan Ermanıstanda isə yoluxma və ölüm sayı iki qonşu ölkədən aşağıdır. Ötən gün açıqlanan məlumata görə, Ermənistanda gün ərzində virusa yoluxanların sayı 522 nəfər olub. Açıqlanan rəsmi məlumata görə, COVİD-19-a yoluxmuş 11 ölüb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button