2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda ABŞ və Kanadanın maliyyə vəsaiti hesabına minatəmizləmə layihəsi həyata keçiriləcək

Bakı/16.12.21 Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Bu barədə ANAMA-dan bildiriblər.

Sənədə əsasən, birgə hazırlanan təlim planına uyğun olaraq MAG tərəfindən ANAMA-nın yeni sahə supervayzerlərinin hazırlanması üzrə xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, minalardan təmizləmə fəaliyyətinə məsləhət xidmətlərinin göstərilməsi də planlaşdırılır.

Saytların yığılması Saytlarin yigilmasi

ANAMA bildirir ki, bu sahə üzrə əldə edilmiş biliklər humanitar minatəmizləmə fəaliyyətinin icrasına müsbət töhfə verəcək.

Məlumatda deyilir ki, layihənin Azərbaycandakı icrası ABŞ və Kanadanın maliyyə vəsaiti hesabına həyata keçiriləcək.

ANAMA ilə MAG arasındakı əməkdaşlıq, eyni zamanda, Azərbaycanda mövcud mina probleminin miqyasının beynəlxalq donor icmalarına çatdırılmasına da dəstək olacaq.

MAG humanitar minatəmizləmə, təhlükəsiz mühitin yaradılması və münaqişədən zərərçəkən icmalarla əlaqə üzrə 29 ölkədə fəaliyyət göstərir.

Xatırladaq ki, 2000-ci illərin əvvəllərində ANAMA ilə MAG arasında humanitar minatəmizləmə fəaliyyətində texniki dəstəyin göstərilməsi üzrə əməkdaşlıq edilib. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button