2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanda daha bir benzin markası bahalaşdı

Yayımlandı: 13 İyul 2022 13:27

“Aİ-98” markalı benzinin qiyməti 40 qəpik artıb

“Aİ-98” markalı benzinin satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 30 qəpiyə qalxıb.

Saytların yığılması Saytlarin yigilmasi

İyulun 12-də gecə saatlarında isə “A 95” premium benzininin qiymətində artım olub.

Premium benzinin qiyməti 1 manat 60 qəpikdən 2 manata yüksəlib.

“Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9 faizi “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür”.

“Report”a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli belə deyib.

O bildirib ki, ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir.

“Premium” markalı benzin ən son 2021-ci ilin sentyabrında bahalaşıb.

Həmin vaxt qiymət 1 manat 45 qəpikdən 1 manat 60 qəpiyə yüksəlib.

2021-ci ildə Azərbaycan xaricdən 50 min tondan çox “Premium” (Aİ-95) markalı benzin idxal edib.

Aİ-95 və Aİ-98 markalı benzin növlərinin ümumi istehlakda payları təxminən 2 faiz civarındadır.

Bu növlərə tələbin aşağı olmasının səbəbi kimi Azərbaycanda avtoparkın yaşlı olması göstərilir.

Sonuncu açıqlanan rəsmi məlumata görə, Azərbaycandakı avtomobillərin 77 faizinin istismar müddəti 10 ildən çoxdur.

5 ilədək yaşı olan avtomobillər ölkə üzrə avtomobil parkının cəmi 4 faizini təşkil edir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button