2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Azərbaycanda deputatların aylıq gəlirləri artıb – Kiminki nə qədər?

Azərbaycan millət vəkillərinin vəzifə maaşları təxminən 40 faizdən çox artıb. Üstəlik, deputatlar hər ay vəzifə maaşlarının 2 misli qədər əlavə pul alacaqlar. Bu, “Milli Məclisin deputatının statusu” haqqında qanuna edilən dəyişikliklər nəticəsində mümkün olub.

Bu dəyişikliklərdən sonra Milli Məclis sədrinin maaşı 1075 manat artaraq aylıq 3550 manat olub. Onun əvvəlki maaşı 2475 manat idi.

Həmin qanuna görə, Milli Məclisin sədrinin birinci müavininin aylıq maaşı sədrin maaşının 90 faizi, müavinlərinin maaşları isə 85 faizi qədərdir.

Saytların yığılması Saytlarin yigilmasi

Milli Məclisin komitə və komissiya sədrləri MM sədrinin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini isə onun maaşının 75 faizi qədər maaş almalıdırlar.

Milli Məclisin deputatı ayda MM sədrinin maaşının 70 faizi miqdarında əməkhaqqı alır.

Bununla da bir deputat hər ay orta əməkhaqqından 3 dəfə çox maaş alacaq.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 825,3 manat olub.

Minimum əməkhaqqı isə 2022-ci ilin yanvarın 1-dən 300 manatdır.

Amma təkcə Milli Məclis üzvlərinin vəzifə maaşında yox, onlara hər ay verilən əlavə pul vəsaitində də artım olub – deputatlar indi hər ay maaşlarının bir misli deyil, iki misli qədər əlavə alacaq.

Yəni bir deputat bundan sonra hər ay 2485 manat maaşdan savayı, 4970 manat vəzifə maaşına əlavə alır. Bununla da bir deputatın aylıq gəliri 7455 AZN olur.  

Milli Məclis sədrinin aylıq gəliri vergilərsiz 10650, birinci müavininki 9585, müavininki 9052.5, komitə və komissiya sədrlərinin  8520, onların müavinlərinki isə 7987.5 manat olacaq.

deputat, millət vəkili, maaşlar, deputatların maaşları artdı

Milli Məclis deputatlarının maaşlarının bu həddə artırılması sosial mediada həm vətəndaşlar, həm də təhlilçilər tərəfindən tənqid olunub.

Milli Məclisdə hakim partiyanı təmsil edən deputat, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev maaşların artırılmasını ölkədə büdcə təşkilatlarında çalışanların “demək olar ki, hamısının” maaşının artırılması, ölkədə minimum əməkhaqqının qaldırılması və qlobal iqtisadi böhranla əlaqədar olaraq bir çox malların və xidmətlərin qiymətinin “xeyli yüksəlməsiylə” izah edib.

“Deputatları xüsusiləşdirməyi anlaya bilmirəm, burda qeyri-adi bir şey yoxdur. 125 nəfərdir, bu nə büdcəyə bir yükdür, nə də kimsəyə maneəçilik törədir”, – o, BBC News Azərbaycancaya müsahibəsində deyib.

Musa Quliyev, deputat, millət vəkili

Milli Məclis bu sənədi iyun ayı boyunca müzakirə edib və Prezident İlham Əliyev iyunun 20-da qanuna dəyişiklikləri təsdiqləyib. Yeni sənəd ictimaiyyətə iyulun 29-da təqdim olunub. Qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minib.

Qanuna edilmiş digər dəyişikliklərə görə, deputatlara səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi qədər aylıq pul təminatı verilməsi ləğv olunub.

Nümayəndəlik səlahiyyətlərini yerinə yetirənlər üçün nəzərdə tutulmuş illik müavinət də ləğv olunub – bu, adətən, bir deputatın 2 aylıq vəzifə maaşı qədər idi.

Bundan başqa, məzuniyyətləri dövründə deputatlara verilən iki aylıq vəzifə maaşı məbləğində müavinət də ləğv olunub.

The post Azərbaycanda deputatların aylıq gəlirləri artıb – Kiminki nə qədər? appeared first on 24 saat.

“24 saat “Azərbaycanda deputatların aylıq gəlirləri artıb – Kiminki nə qədər?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button